Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
06.09.2025, 20:00
Təbiətdə üz və bədən baxımı üçün faydalı çoxlu bitki və təbii yağlar mövcuddur. Onlardan biri, xüsusilə üzümün çəyirdəyindən əldə edilən yağdır.
Oxu24.com xəbər verir ki, bu yağ üz dərisinin sağlamlığı üçün əsl möcüzə hesab olunur.
Bu yağın bir damcısı belə ekzema, sədəf və göbələk problemini aradan qaldıra, dəridə kollagen istehsalını stimullaşdıraraq dərini gənc, yumşaq və nəmləndirilmiş saxlaya bilir.
Üzüm çəyirdəyi E vitamini və flavonoidlər sayəsində sərbəst radikallara qarşı mübarizə aparır, yaşlanma əlamətlərini azaldır. YHəm həssas, həm də quru dərilər üçün uyğundur, dərini yumşaq və hamar saxlayır. Linoleik turşusu dərinin yenilənməsini və rəng fərqlərinin azalmasını təmin edir. Sızanağa meyilli dərilər üçün təhlükəsizdir. Antiinflamatuar xüsusiyyətləri dəridəki qızartı və qıcıqlanmaları azaldır. Dərinin elastikliyini qoruyur, incə xətt və qırışların görünüşünü azaldır. Dərinin yağını tarazlayır, həm yağlı, həm də quru dərilər üçün optimal nəmləndirmə yaradır. UV şüalarına qarşı qoruma təmin edir və yaşlanma izlərinin qarşısını alır.
İstifadə yolları:
Nəmləndirici kimi: Təmiz dərinizə bir neçə damla sürtərək masaj edin. Xüsusilə gecə istifadəsi tövsiyə olunur.
Üz maskası: Bal və qatıq kimi təbii maddələrlə qarışdıraraq maska hazırlaya bilərsiniz.
Göz altı kremi: Göz altına yüngülcə masajla tətbiq edin, torbaların və incə xətlərin görünüşünü azaldır.
Bədən yağı: Duş sonrası nəmləndirilmiş dərinizə tətbiq edin, dərini yumşaq və nəmləndirilmiş saxlayır.
Mütəxəssislər bildirir ki, istifadədən əvvəl kiçik bir sahədə test etmək allergik reaksiyaların qarşısını almaq üçün vacib hesab olunur.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.