Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1234
06.09.2025, 14:15
Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir. Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir.
Oxu24.com xəbər verir ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib.
İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir.
Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.
Qeyd edək ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir.
Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur.
BUNU DA OXU: Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir.
Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.