General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
619
06.09.2025, 09:00
Təhsil Tələbə Krediti Fondu 24 iyul tarixindən 2025-2026-cı tədris ilinin payız semestri üzrə müraciət dövrünü açıq elan edib.
Oxu24.com payız semestri üçün müraciətlərin açıq elan olunduğu tarixindən etibarən bu günə qədər rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan tələbələrin hansı ali təhsil müəssisələrinin tələbələri olduğuna dair məlumat əldə etmək üçün Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb:
Sorğumuza cavab olaraq Fonddan bildirilib ki, TOP 5 ali təhsil müəssisəsi üzrə rəsmiləşən TTK müraciətləri aşağıdakılardır:
1) Azərbaycan Dövlət İqtisad Universiteti - ümumilikdə 427 rəsmiləşmə - 80 sosial TTK müqaviləsi, 347 standart TTK müqaviləsi;
2) Azərbaycan Texniki Universiteti - ümumilikdə 261 rəsmiləşmə - 46 sosial TTK müqaviləsi, 215 standart TTK müqaviləsi;
3) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - ümumilikdə 237 rəsmiləşmə - 66 sosial TTK müqaviləsi, 171 standart TTK müqaviləsi;
4) Bakı Avrasiya Universiteti - ümumilikdə 219 rəsmiləşmə - 97 sosial TTK müqaviləsi, 122 standart TTK müqaviləsi;
5) Azərbaycan Dövlət Pedaqoji Universiteti - ümumilikdə 211 rəsmiləşmə - 62 sosial TTK müqaviləsi, 149 standart TTK müqaviləsi;
Nəticə olaraq, Təhsil Tələbə Kreditindən ən çox yararlanan ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universitetidir.
Qeyd edək ki, bu statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir. Müraciətlərin davam etdiyi nəzərə alınaraq, rəqəmlərdə hər günlərdə də artım müşahidə olunur.
Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər 28 avqust-08 sentyabr tarixləri aralığında təhsil qeydiyyat proseslərini portal.edu.az üzərindən tamamlayarkən, paralel olaraq Fonda məxsus e-ttkf.edu.az portalına müraciət edərək təhsil tələbə kreditlərinə müraciət edə bilərlər.Modern.az
19:06 / 10 Noyabr 2026
32
18:58 / 10 Noyabr 2026
108
18:56 / 10 Noyabr 2026
56
18:39 / 10 Noyabr 2026
88
18:26 / 10 Noyabr 2026
129
18:25 / 10 Noyabr 2026
118
18:19 / 10 Noyabr 2026
111
18:17 / 10 Noyabr 2026
88
18:04 / 10 Noyabr 2026
104
18:02 / 10 Noyabr 2026
978
17:54 / 10 Noyabr 2026
111
17:42 / 10 Noyabr 2026
124
17:35 / 10 Noyabr 2026
102
17:16 / 10 Noyabr 2026
388
17:10 / 10 Noyabr 2026
147
17:06 / 10 Noyabr 2026
227
16:55 / 10 Noyabr 2026
783
16:47 / 10 Noyabr 2026
116
16:41 / 10 Noyabr 2026
109
16:35 / 10 Noyabr 2026
196
16:21 / 10 Noyabr 2026
194
16:12 / 10 Noyabr 2026
321
15:58 / 10 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.