Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
13 Dekabr 2025, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
05.09.2025, 18:00
"Bakı şəhərinə avtomobil nəqliyyat vasitələri idxal edilir. Bunun müqabilində isə köhnələr istismardan çıxarılmır. Beləliklə, ədədi, həndəsi silsilə metodu ilə paytaxtda nəqliyyat vasitələrinin sayı hər il artır".
Oxu24.com xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, tıxac problemi təkcə Bakıda mövcuddur:
"Biz illərdir ki, bu mövzuda müzakirələr edir, tədqiqatlar aparırıq. Məsələ burasındadır ki, tıxac problemi təkcə Bakıda mövcuddur. Məsələn, ikinci böyük şəhərimiz Sumqayıtda bu yoxdur. Səbəb odur ki, qeyri-təbii urbanizasiyanın təsirləri altında Bakının həddən artıq yüklənir.
İkincisi, paytaxt ərazisində kifayət qədər taksi xidməti həyata keçirən və regionlardan gələn nəqliyyat vasitələri var. Təsəvvür edin, Bakının daxilində taksi xidmətlərini yerinə yetirən taksilərlə yanaşı, eyni zamanda Azərbaycanın bütün rayonlarından daşınmalar təşkil edən kifayət qədər avtomobillər var. Nəqliyyat axının qarşısını almaq olmaz, bu insanların konstitusion hüququdur.
Buna görə də onlara hər hansı məhdudiyyət tətbiq etmək mümkün deyil. Bu məsələdə, bir qədər gecikmişik. Yol infrastrukturu ilə bağlı müəyyən kommunikasiyalar qurulub. Məlum olduğu kimi, ölkə başçısının 2030-cu ilədək bu barədə dövlət proqramı işlənib, hazırlanıb. Bura yeni yolların çəkilişi və Bakı ərazisində yeni metro qovşağının tikilməsi, yeni stansiyaların istifadəyə verilməsi daxildir. Biz ümid edək ki, bütün bu layihələr icra olunduqdan sonra, yəni 2030-cu ilədək tıxaclar bir qədər yüngülləşəcək.
İlqar Hüseynli vurğulayıb ki, hazırda köhnə nəqliyyat vasitələri istismardan çıxarılmır:
Həmçinin oxuyun
"Digər tərəfdən, universitetlərlə bağlı təkliflərimiz var. Universitetlərin bir hissəsinin Qarabağın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi ilə bağlı təkliflərimiz aktual olaraq qalmaqdadır. Müəyyən mənada bu kimi addımlar tıxacların qarşısını almağa kömək edə bilər.
Eyni zamanda, bəzi dövlət orqanlarını, məsələn Kənd Təsərrüfatı Nazirliyini hansısa aqrar regiona köçürmək olar. Bakı şəhərini böyütmək mümkün deyil, paytaxtın hüdudları olduqca konkretdir. Həmçinin regionlarda aqrar sahələrin inkişafı çox əhəmiyyətli bir layihə olardı. Azərbaycanda 90-lardan başlayan daxili miqrasiyanın yenidən geri qayıdışını mümkün etmək olar. Qurulacaq hansısa sənaye müəssisələrinin paytaxt və periferiyası yerinə, rayonlarda inşası insanların həmin ərazilərə kütləvi köçünü təmin edə bilər.
Fikir verirsinizsə, dayanmadan Bakı şəhərinə avtomobil nəqliyyat vasitələri idxal edilir. Bunun müqabilində isə köhnələr istismardan çıxarılmır. Beləliklə, ədədi, həndəsi silsilə metodu ilə paytaxtda nəqliyyat vasitələrinin sayı hər il artır. Utilizasiya ilə bağlı dövlət proqram hazırladı və çox təəssüflər olsun ki, hələ də köhnə nəqliyyat vasitələrinin utilizasiyası baş vermir. Çünki utilizasiya zamanı köhnə maşınlara çox cüzi məbləğ təklif olunur. Belə olan təqdirdə isə vətəndaşlar bundan imtina edir".
Qeyd edək ki, rəqəmlərə əsasən, bütün faktorları nəzərə aldıqda, Bakı tıxaclarının Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı ötür. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5 faizi deməkdir.
12:16 / 13 Dekabr 2025
209
12:08 / 13 Dekabr 2025
31
11:44 / 13 Dekabr 2025
38
11:30 / 13 Dekabr 2025
51
11:09 / 13 Dekabr 2025
644
11:07 / 13 Dekabr 2025
300
10:25 / 13 Dekabr 2025
854
09:15 / 13 Dekabr 2025
787
09:06 / 13 Dekabr 2025
351
08:45 / 13 Dekabr 2025
120
08:37 / 13 Dekabr 2025
142
00:28 / 13 Dekabr 2025
140
00:14 / 13 Dekabr 2025
1063
00:01 / 13 Dekabr 2025
702
23:20 / 12 Dekabr 2025
636
23:12 / 12 Dekabr 2025
111
22:41 / 12 Dekabr 2025
14169
22:05 / 12 Dekabr 2025
151
21:58 / 12 Dekabr 2025
3010
21:45 / 12 Dekabr 2025
136
19:31 / 12 Dekabr 2025
1152
19:20 / 12 Dekabr 2025
2262
19:04 / 12 Dekabr 2025
1339
19:02 / 12 Dekabr 2025
188
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.