Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
709
04.09.2025, 09:20
Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən və ana ilə qızının yanaraq ölməsi ilə nəticələnən yanğında diqqət çəkən əsas məqamlardan biri də evlərin bir-birinə həddən artıq yaxın tikilməsi oldu...
Oxu24.com Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər bildirirlər ki, bu kimi faciələr məhz nəzarətsiz inşa edilən və ya tikintisi zamanı göz yumulan makler evlərinin toplandığı məhəllələrdə qaçılmazdır.
Son illər xüsusilə fərdi yaşayış məhəllələrində yeni tikililərin əksəriyyəti maklerlər vasitəsilə aparılır. Tikinti ucuz başa gəlsin deyə, bu evlər arasında minimum ara məsafəsinin saxlanılması çox vaxt gözardı edilir. Dar küçələr, çarpaz hasarlar və sıx tikililər isə yanğın və digər fövqəladə hallarda təhlükəni qat-qat artırır.
Mütəxəssislərin sözlərinə görə, belə sıx tikintilər zamanı norma və qaydalara çox vaxt nəzərə alınmır. Bu da həm insanların həyatını, həm də əmlakını birbaşa risk altında qoyur.
Qanunvericilikdə bu məsələ ilə bağlı açıq şəkildə tələblər var. Qaydalara əsasən, hər evin inşasında müəyyən standartlara əməl olunmalıdır. əks halda, bu cür fəsadların qarşısını almaq mümkün deyil. Başqa sözlə, bir evlə digərinin arasında minimum evin hündürlüyünün 30 %-i ölçüsündə məsafə saxlanmalıdır.
Ekspertlər hesab edirlər ki, vətəndaşlar ev alan zaman mütləq şəkildə mütəxəssislərlə məsləhətləşməlidirlər. Tikintinin keyfiyəti ilə bağlı rəy almalıdır. Əks halda gələcəkdə bu tip tikililərin sənədləşməsində də ciddi problemlər yaşana bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
00:30 / 14 Oktyabr 2026
826
00:28 / 14 Oktyabr 2026
1187
00:11 / 14 Oktyabr 2026
506
00:09 / 14 Oktyabr 2026
146
23:55 / 13 Oktyabr 2026
390
23:55 / 13 Oktyabr 2026
135
23:55 / 13 Oktyabr 2026
164
23:54 / 13 Oktyabr 2026
151
23:43 / 13 Oktyabr 2026
139
23:41 / 13 Oktyabr 2026
185
23:33 / 13 Oktyabr 2026
116
23:24 / 13 Oktyabr 2026
675
23:15 / 13 Oktyabr 2026
187
23:02 / 13 Oktyabr 2026
342
22:57 / 13 Oktyabr 2026
145
22:49 / 13 Oktyabr 2026
291
22:47 / 13 Oktyabr 2026
154
22:43 / 13 Oktyabr 2026
129
22:25 / 13 Oktyabr 2026
1002
22:19 / 13 Oktyabr 2026
641
22:18 / 13 Oktyabr 2026
109
22:10 / 13 Oktyabr 2026
449
22:02 / 13 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.