Pul, karyera: Ulduzlar bu gün sizə nə vəd edir?
14 Oktyabr 2026, 08:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
03.09.2025, 12:51
Bakı, Şuşa və Lənkəran kolleclərinə yeni direktor müavinləri təyin olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyin müvafiq əmrləri ilə Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, N.Hətəmova 2010-cu ildən etibarən satınalma, logistika və insan resursları sahələrində müxtəlif təşkilatlarda fəaliyyət göstərib. O bu təyinatadək Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini vəzifəsində çalışıb.
E.Vahabov isə 2003–2023-cü illərdə Lənkəran rayonu M. Bağırov adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.
A.Ağayeva 2010-cu ildən etibarən UNEC nəzdində Qida Sənayesi Kollecində müxtəlif vəzifələrdə çalışıb, 2017-ci ildən son təyinata qədər isə şöbə müdiri vəzifəsini icra edib.
08:06 / 14 Oktyabr 2026
1
08:04 / 14 Oktyabr 2026
4
08:02 / 14 Oktyabr 2026
10
00:30 / 14 Oktyabr 2026
970
00:28 / 14 Oktyabr 2026
1519
00:11 / 14 Oktyabr 2026
545
00:09 / 14 Oktyabr 2026
173
23:55 / 13 Oktyabr 2026
411
23:55 / 13 Oktyabr 2026
144
23:55 / 13 Oktyabr 2026
176
23:54 / 13 Oktyabr 2026
163
23:43 / 13 Oktyabr 2026
148
23:41 / 13 Oktyabr 2026
209
23:33 / 13 Oktyabr 2026
127
23:24 / 13 Oktyabr 2026
718
23:15 / 13 Oktyabr 2026
201
23:02 / 13 Oktyabr 2026
363
22:57 / 13 Oktyabr 2026
158
22:49 / 13 Oktyabr 2026
314
22:47 / 13 Oktyabr 2026
165
22:43 / 13 Oktyabr 2026
131
22:25 / 13 Oktyabr 2026
1079
22:19 / 13 Oktyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.