Xankəndiyə növbəti köç karvanı yola salınıb - FOTO
14 Avqust 2026, 09:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
03.09.2025, 10:25
Sentyabrın 1-də Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi "Bir" ekosistem ictimaiyyətə yeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız "Umico Bonus" artıq böyük yeniliklər və daha böyük güclə "Bir Bonus" olaraq yoluna davam edəcək.
Tədbir "Bir" ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun çıxışı ilə başlayıb. O qeyd edib ki: "Bu, sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. "Bir Bonus" ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər".
Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini vurğulayıb. "Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq, amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər".
"Bir Bonus" – "Birbank", "m10", "Birmarket" və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradan vahid loyallıq proqramıdır. Bonusları "BakıKart" biletindən "Trendyol" sifarişinə, mobil balansdan "Birmarket" alış-verişinə qədər çox geniş imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq proqramı "Bir Bonus" yaxın gələcəkdə də həm müştərilər, həm də partnyorlar üçün innovativ həllər və yeni imkanlar təqdim etməkdə davam edəcək.
Bir ekosistem ölkənin aparıcı brendləri olan "Birbank", "Birmarket", "m10" və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Birmarket"də "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
09:07 / 14 Avqust 2026
1
09:02 / 14 Avqust 2026
17
09:00 / 14 Avqust 2026
22
08:58 / 14 Avqust 2026
26
23:13 / 13 Avqust 2026
169
22:48 / 13 Avqust 2026
124
22:46 / 13 Avqust 2026
85
22:45 / 13 Avqust 2026
90
22:35 / 13 Avqust 2026
127
22:28 / 13 Avqust 2026
1080
22:23 / 13 Avqust 2026
81
22:19 / 13 Avqust 2026
103
22:16 / 13 Avqust 2026
121
22:12 / 13 Avqust 2026
83
21:55 / 13 Avqust 2026
403
21:40 / 13 Avqust 2026
97
21:35 / 13 Avqust 2026
72
21:23 / 13 Avqust 2026
791
21:17 / 13 Avqust 2026
85
21:15 / 13 Avqust 2026
70
20:59 / 13 Avqust 2026
71
20:56 / 13 Avqust 2026
1187
20:54 / 13 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.