Hicablı xanımlar işdən ÇIXARILIR? - AÇIQLAMA GƏLDİ
15 Oktyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
02.09.2025, 10:34
Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
“Vətəndaşlar qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciət olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”, - məlumatda bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib.
Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Valideynlər bu keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.
11:29 / 15 Oktyabr 2026
1
11:25 / 15 Oktyabr 2026
25
11:16 / 15 Oktyabr 2026
41
11:14 / 15 Oktyabr 2026
38
11:04 / 15 Oktyabr 2026
65
11:00 / 15 Oktyabr 2026
45
10:57 / 15 Oktyabr 2026
52
10:52 / 15 Oktyabr 2026
69
10:45 / 15 Oktyabr 2026
47
10:42 / 15 Oktyabr 2026
65
10:40 / 15 Oktyabr 2026
82
10:35 / 15 Oktyabr 2026
70
10:26 / 15 Oktyabr 2026
60
10:24 / 15 Oktyabr 2026
761
10:09 / 15 Oktyabr 2026
69
10:05 / 15 Oktyabr 2026
54
09:56 / 15 Oktyabr 2026
83
09:50 / 15 Oktyabr 2026
99
09:50 / 15 Oktyabr 2026
61
09:45 / 15 Oktyabr 2026
60
09:35 / 15 Oktyabr 2026
724
09:25 / 15 Oktyabr 2026
72
09:22 / 15 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.