Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18 Noyabr 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1278
29.08.2025, 11:24
Bu gün Azərbaycanın Milli Qəhrəmanı,şəhid jurnalist Çingiz Mustafayevin doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,65 yaşını qeyd edəcəkdi.
29 avqust 1960-cı ildə Çingiz Mustafayev Həştərxanda Kapustin Yar kəndində dünyaya gəlib. Atası Fuad Mustafayev və anası Naxış Mustafayeva olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Fuad bəy onu hərbçi kimi görmək istəyirdi, bu səbəbdən də oğlunu Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumağa yollayır.
Üçüncü sinifdən onuncu sinifə qədər burada təhsilini davam etdirmişdir. Nəhayət o, hərbi məktəbi yarımçıq saxlayıb, orta məktəbə getməyə başlayır. Çingiz Mustafayev 167 saylı məktəbi 1977-ci ildə bitirmişdir. Özünü istehlakçı-novator görən Ç. Mustafayev 1970-ci ildə fəaliyyətə başlamış və Azərbaycanda ilk disko-klub yaradıcısı olmuşdur. O, Azərbaycanda ilk DJ kimi tanınan inasanlardandır. 1981-ci ildə Mustafayevin başçılığı ilə 12 nəfərdən “light Dj” və “texnik”lərdən olan “3M” adlı qrup yarandı. Çingiz Mustafayev məktəbi bitirdiyi il 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.
O, 1983-cü ildə institutu uğurla bitirir. Ç. Mustafayev institutu bitirdikdən sonra Şabran rayonunda təyinatla üç il müddətində həkim kimi fəaliyyət göstərir. Tibb Universitetini bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında Baş həkim olaraq təyin edilir.
İlk dəfə olaraq Azərbaycan dilində 1983-cü ildə “Dünənki keçdi” rep janrlı mahnı səsləndirilib. Bu müddət ərzində Çingiz Mustafayev “Sevinc” adlı kiçik kafe açır.
1990-cı ilin iyirmi yanvar hadisələri zamanı Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabrından Azərbaycan Dövlət Televiziyasında jurnalist və reportyor vəzifələrində çalışıb. Lakin onun üçün Azərbaycan miqyasında fəaliyyət göstərmək kifayət deyildi. Onun reportajları Amerika və Avropanın aparıcı xəbər agentlikləri və televiziyalarında informasiya blokadası altında Azərbaycan həqiqətləri mövzusunda yol tapıb. Dövlət televiziyasında senzura və sərt qadağalar Mustafayevi geniş fəaliyyət dairəsindən məhrum edirdi. Bu səbəbdən də Çingiz “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olmuşdur.
Çingiz Mustafayev Qarabağ müharibəsi dövrü
Çingiz Mustafayev Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdır. Mustafayev müharibəyə təkcə jurnalist kimi yollanmırdı. O, həm də səngərdə əsgər, zabit hətta komandan kimi özündə çox vəzifəni daşıyırdı.
18:17 / 18 Noyabr 2026
21
18:11 / 18 Noyabr 2026
45
18:05 / 18 Noyabr 2026
46
18:00 / 18 Noyabr 2026
52
17:51 / 18 Noyabr 2026
52
17:49 / 18 Noyabr 2026
66
17:45 / 18 Noyabr 2026
73
17:25 / 18 Noyabr 2026
89
17:20 / 18 Noyabr 2026
103
17:20 / 18 Noyabr 2026
113
17:11 / 18 Noyabr 2026
276
17:05 / 18 Noyabr 2026
95
16:52 / 18 Noyabr 2026
230
16:45 / 18 Noyabr 2026
98
16:43 / 18 Noyabr 2026
102
16:41 / 18 Noyabr 2026
96
16:26 / 18 Noyabr 2026
169
16:21 / 18 Noyabr 2026
442
16:05 / 18 Noyabr 2026
110
16:00 / 18 Noyabr 2026
128
15:35 / 18 Noyabr 2026
129
15:32 / 18 Noyabr 2026
139
15:28 / 18 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.