Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14 Oktyabr 2026, 17:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
29.08.2025, 10:28
Bu tətbiq rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevrilir
Oxu24.com musavat.com-a istinadən bildirir ki, Teleqram platforması uzun müddət davam edən sınaqlardan sonra "Stars" (Ulduzlar) adlanan rəqəmsal valyutanı bütün istifadəçilərin ixtiyarına buraxıb. Bu yenilik sosial şəbəkənin sadəcə ünsiyyət vasitəsi olmadığını, həm də gəlir mənbəyinə çevrildiyini göstərir.
Yeni qaydalara əsasən, istifadəçilər əldə etdikləri ulduzları 21 gün gözlədikdən sonra real pula çevirə biləcəklər. Bunun üçün xüsusi şərt qoyulub - nağdlaşdırma prosesi yalnız Fragment platforması vasitəsilə aparılacaq və istifadəçi KYC (şəxsiyyətin təsdiqlənməsi) prosedurundan keçməlidir. Bu da öz növbəsində sistemin şəffaflığını və təhlükəsizliyini təmin edir.
Əldə olunan ulduzlardan həmçinin Teleqram daxilində reklam almaq, mini-applikasiyalara ödəniş etmək və digər xidmətlərdə istifadə etmək mümkündür. Çıxarış üçün tələb olunan minimum hədd isə 1000 ulduz olaraq müəyyənləşdirilib.
Ekspertlərin fikrincə, bu addım Teleqramı sadəcə mesajlaşma tətbiqindən daha çox rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevirəcək. Beləliklə, kontent yaradıcıları, kanal sahibləri və hətta adi istifadəçilər artıq Teleqram üzərindən ciddi pul qazanmaq imkanı əldə edirlər.
Bu yenilik Teleqramın qlobal bazarda maliyyə texnologiyalarına daha sıx inteqrasiyasının başlanğıcı kimi qiymətləndirilir. İndi artıq sosial şəbəkədən yalnız yazışma üçün deyil, gəlir mənbəyi kimi istifadə etmək mümkün olacaq.
17:54 / 14 Oktyabr 2026
13
17:50 / 14 Oktyabr 2026
21
17:46 / 14 Oktyabr 2026
27
17:45 / 14 Oktyabr 2026
102
17:01 / 14 Oktyabr 2026
179
16:59 / 14 Oktyabr 2026
56
16:50 / 14 Oktyabr 2026
126
16:45 / 14 Oktyabr 2026
86
16:38 / 14 Oktyabr 2026
135
16:33 / 14 Oktyabr 2026
79
16:25 / 14 Oktyabr 2026
146
16:21 / 14 Oktyabr 2026
74
16:19 / 14 Oktyabr 2026
69
16:15 / 14 Oktyabr 2026
174
16:15 / 14 Oktyabr 2026
97
16:11 / 14 Oktyabr 2026
99
15:53 / 14 Oktyabr 2026
751
15:43 / 14 Oktyabr 2026
90
15:37 / 14 Oktyabr 2026
208
15:34 / 14 Oktyabr 2026
101
15:31 / 14 Oktyabr 2026
142
15:18 / 14 Oktyabr 2026
94
15:14 / 14 Oktyabr 2026
432
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.