Baş nazir yeni QƏRAR İMZALADI
16 Oktyabr 2026, 07:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
25.08.2025, 22:39
Azərbaycanda sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən, bu ayın sonuna qədər sözügedən problemlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Bununla yanaşı, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqi də gündəmdədir. Yeniliyin sentyabrın əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.
Görəsən, yeni normativ akt özbaşına tikintilər probleminin həlli və mülkiyyət hüquqlarının qorunmasında real dönüş yarada biləcəkmi?
Məsələ ilə bağlı danışan əmlak eksperti Ramil Osmanlı News24.az-a bildirib ki bu barədə işçi qruplar vasitəsilə ictimai müzakirələr aparılır, vətəndaşlardan təkliflər toplanır və təcrübələr öyrənilir.
“Bu ictimai müzakirələrdə ictimaiyyətə müəyyən məlumatlar verilir və təkliflər dinlənilir. Gələn aydan etibarən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı yeni mexanizmlərin hazırlanması, qanunvericiliyin təkmilləşdirilməsi və digər mühüm məsələlər öz əksini tapacaq. Əvvəlki illərdə də bu barədə müzakirələr aparılıb və xarici təcrübələr öyrənilib".
Ekspert qeyd edib ki, bu ilin sonuna qədər konkret təkliflərin hazırlanması vacibdir:
“Əgər ilin sonuna qədər təkliflər işlənib təhvil verilsəydi, ölkədə çoxsaylı özbaşına tikililərin taleyinə aydınlıq gətirilmiş olardı. 2023-cü ildən etibarən təxminən 40 minə yaxın qeyri-yaşayış obyektinin sənədləşdirilməsi üçün icazələrin sadələşdirilməsinə ehtiyac var”.
Ramil Osmanlı həmçinin vurğulayıb ki, hazırlanan normativ hüquqi aktlar və əlaqəli sənədlər sayəsində həm vətəndaşların, həm də investorların hüquqlarının qorunması təmin olunacaq, özbaşına tikintilərin qarşısının alınması və əmlak bazarında şəffaflığın artırılması mümkün olacaq.
07:22 / 16 Oktyabr 2026
1
00:52 / 16 Oktyabr 2026
111
00:10 / 16 Oktyabr 2026
143
23:39 / 15 Oktyabr 2026
109
23:19 / 15 Oktyabr 2026
141
23:00 / 15 Oktyabr 2026
150
22:40 / 15 Oktyabr 2026
148
22:22 / 15 Oktyabr 2026
141
22:15 / 15 Oktyabr 2026
479
22:10 / 15 Oktyabr 2026
154
22:06 / 15 Oktyabr 2026
168
22:06 / 15 Oktyabr 2026
105
22:06 / 15 Oktyabr 2026
116
21:55 / 15 Oktyabr 2026
138
21:42 / 15 Oktyabr 2026
126
21:23 / 15 Oktyabr 2026
193
21:12 / 15 Oktyabr 2026
136
21:07 / 15 Oktyabr 2026
183
20:56 / 15 Oktyabr 2026
119
20:48 / 15 Oktyabr 2026
126
20:30 / 15 Oktyabr 2026
190
20:21 / 15 Oktyabr 2026
114
20:13 / 15 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.