Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
17 Oktyabr 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
694
23.08.2025, 21:54
Müasir smartfonlar həm bank kartını, həm kameranı, həm də kompüteri əvəz edən çoxfunksiyalı qadcetlərdir.
Lakin kolleksiyaçıların marağını daha çox onların "uzaq əcdadları" - iri, məhdud imkanlı, amma dövrünə görə inqilabi hesab olunan ilk mobil telefonlar cəlb edir.
Oxu24.com keçmişdə istehsal olunan, amma hazırda çox dəyərli olan telefonları təqdim edir.
Motorola DynaTAC 8000X
1984-cü ildə təqdim edilən bu telefon əsl sensasiya idi. Çəkisi demək olar ki, 1 kiloqram, danışıqlar vaxtı isə cəmi 30 dəqiqə idi. Bunun üçün 10 saat şarj tələb olunurdu. Amma bu, ilk həqiqətən portativ telefon idi və sahibi dərhal hər kəsin diqqət mərkəzinə çevrilirdi.
Nokia Mobira Senator - "çamadan" telefonu
DynaTAC-dan iki il əvvəl, 1982-ci ildə Nokia (o vaxt Mobira) ilk avtomobil telefonunu təqdim etmişdi. Bu model ayrıca cihaz deyildi, avtomobilin yük hissəsinə yerləşdirilən təxminən 10 kq-lıq ötürücü ilə işləyirdi.
Həcmli və ağır olmasına baxmayaraq dövrü üçün texnoloji sıçrayış sayılırdı. Bu gün tam konfiqurasiyada Mobira Senator tapmaq böyük uğurdur. Hərraclarda başlanğıc qiyməti 1000 avrodan başlayır, lakin ideal vəziyyətdə olan nümunələr daha yüksək məbləğə satılır.
Apple iPhone 2G
2007-ci ildə Stiv Cobs ilk iPhone-u təqdim edəndə texnologiya tarixində yeni bir səhifə açıldı. Sensor ekran, multi-touch texnologiyası, iTunes inteqrasiyası və mobil brauzer - bütün bunlar inqilabi görünürdü.
Bu gün iPhone 2G Apple kolleksiyaçıları üçün ən arzulanan modellərdən biridir. Onun qiyməti vəziyyətindən və komplektliyindən asılı olaraq dəyişir. Orijinal qutuda açılmamış cihazlar 4000-5000 avroya qədər satıla bilər. İstifadə olunmuş, amma yaxşı qorunan modellərin dəyəri isə bir neçə min avro civarındadır. (News24.az)
15:50 / 17 Oktyabr 2026
12
15:41 / 17 Oktyabr 2026
45
15:32 / 17 Oktyabr 2026
472
15:19 / 17 Oktyabr 2026
627
15:17 / 17 Oktyabr 2026
67
15:14 / 17 Oktyabr 2026
92
14:35 / 17 Oktyabr 2026
88
14:30 / 17 Oktyabr 2026
72
14:23 / 17 Oktyabr 2026
559
14:15 / 17 Oktyabr 2026
80
13:55 / 17 Oktyabr 2026
84
13:47 / 17 Oktyabr 2026
255
13:45 / 17 Oktyabr 2026
88
13:40 / 17 Oktyabr 2026
151
13:31 / 17 Oktyabr 2026
100
13:30 / 17 Oktyabr 2026
88
13:25 / 17 Oktyabr 2026
112
13:16 / 17 Oktyabr 2026
170
13:15 / 17 Oktyabr 2026
116
12:55 / 17 Oktyabr 2026
191
12:39 / 17 Oktyabr 2026
736
12:28 / 17 Oktyabr 2026
411
12:22 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.