Deputatlar mübahisə etdi: Bakıda bu ərazinin adı niyə dəyişdirilir?
17 Oktyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1349
23.08.2025, 20:48
Aprel döyüşlərinin şəhidi Rəşid Baxşəliyevin atası Əliağa Baxşəliyev dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat paylaşıb.
"Ailəsinə və yaxınlarına dərin hüznlə basşağlığımızı bildiririk.Allah rəhmət eləsin...Mərhum sabah saat 11:00 -da Abşeron gənclər şəhərciyindən dəfnə götürüləcək",-deyə Ceyran Həsənova qeyd edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəşid Əliağa oğlu Baxşəliyev 1996-cu il oktyabrın 23-da Sumqayıt şəhərində anadan olub. 2014-cü ildə Abşeron rayonunun Masazır qəsəbəsində Ə. Vahid adına 1 nömrəli tam orta məktəbdən məzun olub və həmin il hərbi xidmətə yollanaraq Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etməyə başlayıb. Əsgər Rəşid Baxşəliyev 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olub və 2 aprel tarixində Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 12-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Rəşid Baxşəliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Miri
16:10 / 17 Oktyabr 2026
21
15:50 / 17 Oktyabr 2026
68
15:41 / 17 Oktyabr 2026
71
15:32 / 17 Oktyabr 2026
750
15:19 / 17 Oktyabr 2026
997
15:17 / 17 Oktyabr 2026
88
15:14 / 17 Oktyabr 2026
120
14:35 / 17 Oktyabr 2026
102
14:30 / 17 Oktyabr 2026
81
14:23 / 17 Oktyabr 2026
620
14:15 / 17 Oktyabr 2026
89
13:55 / 17 Oktyabr 2026
96
13:47 / 17 Oktyabr 2026
299
13:45 / 17 Oktyabr 2026
96
13:40 / 17 Oktyabr 2026
160
13:31 / 17 Oktyabr 2026
105
13:30 / 17 Oktyabr 2026
94
13:25 / 17 Oktyabr 2026
122
13:16 / 17 Oktyabr 2026
178
13:15 / 17 Oktyabr 2026
132
12:55 / 17 Oktyabr 2026
205
12:39 / 17 Oktyabr 2026
810
12:28 / 17 Oktyabr 2026
429
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.