Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1582
21.08.2025, 11:39
Oxu24.com dünyasını dəyişmiş sənət adamlarının xatirəsini yad edməkdə davam edir.
Bu dəfə aktrisa, Əməkdar artist Xanım Qafarova haqqında maraqlı faktları təqdim edirik.
Xanım Qafarova Musiqili Komediya Teatrının parlaq, yadda qalan və həyat enerjisi ilə dolu aktrisası idi. Komediyalardakı aparıcı rollardan başqa vokal səsli aktrisa mahnı ifaçılığı ilə də tamaşaçılara öz pozitiv enerjisini ötürürdü.
İnsan kimi bir çox cəhətləri, xüsusən sadəliyi onu həmkarlarından fərqləndirirdi. Bu, onun özü haqqında dediyi 5 cümlədə daha aydın görünür: “1967-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşam. Əslim Kürdəxanı kəndindəndir. Ailədə 1 bacı, 1 qardaşıq. Qardaşım rəhmətə gedib. Ailəliyəm. 1 qızım var.”
Xanım Qafarova Musiqili Komediya Teatrının əsas simaları olan Hacıbaba Bağırov, Afaq Bəşirqızı nəslindən sonra onların yetirməsi kimi teatrın ulduzu sayılırdı. Teatr səhnəsindəki rolları ilə bərabər “Kənddən gələn var”, “Adam ol”, “Yuxu”, “Qaynana” kimi film və teletamaşalarda yaratdığı obrazlar da yaddaqalandır.
Komik planlı aktrisa olmasına baxmayaraq faciəvi taleyinə görə beş ildir ki, tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır.
Səhnədə ekranda bir-birindən parlaq obrazlarda görünən aktrisanın miskin bir daxmada yaşaması da tamaşaçıları onun ağır xəstəliklə mübarizəsini izləməkdən az məyus etməmişdi.
47 illik ömrünün böyük bir hissəsini səhnədə parlaq obrazlara sərf edən aktrisa divarları daşdan belə olmayan dəmir qarajda yaşayırdı. Maddi vəziyyətini düzəltmək üçün toylara gedən aktrisanın bu qədər yoxsulluqda yaşadığını güman etmirdilər.
Həmçinin oxuyun
Ailə həyatının uğursuzluğu da bu taleyə daha tünd rəng qatırdı. Həyat yoldaşının ikinci xanımı olan aktrisanın bu evlilikdən Gövhər adında qızı var. Lakin müəyyən səbəblər üzündən cütlük bir yerdə yaşaya bilmədi və Xanım Qafarova dəstəyə ehtiyacı olduğu vaxtda kiçik daxmada qızı və anası ilə yaşadı. Aktrisanın həyat yoldaşı yalnız onun yeddi mərasimində göründü.
***
Xərçəngdən əziyyət çəkən Xanım Qafarovanın son günləri tamaşaçıları sarsıtdı: məşhur sənət adamı olması, mübarizliyi, pozitivliyi, möhkəmliyi həyatın amansızlığına qalib gələ bilmədi. Sənətçi yoxsul daxmasında yaşayıb ağrılar içində, 6 yaşlı tək qızından nigaran halda dünyanı tərk etdi. “Qızımın 6 yaşı var, ölmək istəmirəm...” Bu aktrisanın mətbuatda yayılan son sözləri idi.
Aktrisanın ölümündən sonra mətbuata müsahibə verən həyat yoldaşı maddi vəziyyətinin pis olduğunu, qızına lazımi imkan yarada bilməyəcəyini söylədi. Lakin mətbuat Xanım Qafarovanın qızını və anasını diqqətdə saxladı. İş adamlarından biri Qafarovanın qızı Gövhərə ev hədiyyə etdi.
***
Gövhər anasının sənətinə diqqətsiz qalmayıb. Türkiyənin kino ulduzu Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filminin çəkilişlərinə qatılan 11 yaşlı qız anasının sənətini sevsə də, vəkil olmaq arzusundadır.(kulis.az)
15:08 / 13 Dekabr 2025
1
14:50 / 13 Dekabr 2025
23
14:38 / 13 Dekabr 2025
37
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
40
14:12 / 13 Dekabr 2025
131
13:14 / 13 Dekabr 2025
486
13:07 / 13 Dekabr 2025
246
12:58 / 13 Dekabr 2025
148
12:16 / 13 Dekabr 2025
895
12:08 / 13 Dekabr 2025
101
11:44 / 13 Dekabr 2025
73
11:30 / 13 Dekabr 2025
85
11:09 / 13 Dekabr 2025
889
11:07 / 13 Dekabr 2025
392
10:25 / 13 Dekabr 2025
1087
09:15 / 13 Dekabr 2025
866
09:06 / 13 Dekabr 2025
644
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1105
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
681
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.