Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" - Video
17 Oktyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1171
20.08.2025, 12:06
Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb.
Oxu24.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov bildirib.
İqtisadçı millət vəkili qeyd edib ki, həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib: “Körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub”.
V.Bayramovun sözlərinə görə, sözügedən müddət ərzində Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub: “Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır”.
Deputatın sözlərinə görə, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var: “Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür”.
V.Bayramov xatırladıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağrışları daha da aktuallaşdırır”.
22:21 / 17 Oktyabr 2026
48
22:12 / 17 Oktyabr 2026
55
22:10 / 17 Oktyabr 2026
57
22:05 / 17 Oktyabr 2026
59
21:57 / 17 Oktyabr 2026
73
21:40 / 17 Oktyabr 2026
84
21:18 / 17 Oktyabr 2026
69
20:39 / 17 Oktyabr 2026
71
20:39 / 17 Oktyabr 2026
110
20:16 / 17 Oktyabr 2026
89
20:03 / 17 Oktyabr 2026
105
20:03 / 17 Oktyabr 2026
949
19:50 / 17 Oktyabr 2026
96
19:38 / 17 Oktyabr 2026
230
19:38 / 17 Oktyabr 2026
111
19:32 / 17 Oktyabr 2026
598
19:26 / 17 Oktyabr 2026
112
19:25 / 17 Oktyabr 2026
76
19:15 / 17 Oktyabr 2026
156
19:06 / 17 Oktyabr 2026
219
18:56 / 17 Oktyabr 2026
1970
18:51 / 17 Oktyabr 2026
98
18:49 / 17 Oktyabr 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.