Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
19.08.2025, 10:37
Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2% artım qeydə alınıb. Büdcə təşkilatları üzrə daxilolma 126,9 milyon manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 milyon manat və ya 14,0% artıb.
Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“2025-ci ildə Dövlət sosial müdafiə fondunun gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard 676 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əmək haqqının artması və əmək və eləcə də xidməti müqavilələrdə müşahidə edilən artım ilə bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əmək haqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq bu sosial istiqamətə daha çox vəsaitin ayrılmsına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox Dövlət sosial müdafiə fondunun gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir”, - Bayramov qeyd edib.
00:00 / 18 Oktyabr 2026
49
23:59 / 17 Oktyabr 2026
59
23:34 / 17 Oktyabr 2026
61
23:19 / 17 Oktyabr 2026
72
22:59 / 17 Oktyabr 2026
75
22:49 / 17 Oktyabr 2026
93
22:21 / 17 Oktyabr 2026
131
22:12 / 17 Oktyabr 2026
109
22:10 / 17 Oktyabr 2026
89
22:05 / 17 Oktyabr 2026
96
21:57 / 17 Oktyabr 2026
139
21:40 / 17 Oktyabr 2026
155
21:18 / 17 Oktyabr 2026
91
20:39 / 17 Oktyabr 2026
95
20:39 / 17 Oktyabr 2026
140
20:16 / 17 Oktyabr 2026
109
20:03 / 17 Oktyabr 2026
136
20:03 / 17 Oktyabr 2026
1572
19:50 / 17 Oktyabr 2026
103
19:38 / 17 Oktyabr 2026
283
19:38 / 17 Oktyabr 2026
135
19:32 / 17 Oktyabr 2026
979
19:26 / 17 Oktyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.