Trans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.
Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:
"Trans yağlar bədən üçün əvəzedilməz qidalar sırasında deyil. Düzdür, ət və süd məhsullarında təbii halda bu yağlar ola bilər. Ancaq hazır qidaların tərkibində sağlamlığa zərər verəcək səviyyədə olmamasına diqqət etmək lazımdır. Bu yağların əsas zərəri bədəndə yağ balansını pozmasıdır. Bu zaman "pis xolesterol" səviyyəsi artır, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olur. İnfarkt riskini 3 dəfə artırmaq və gənc yaşda ölümə səbəb olması ilə yanaşı piylənmə, qaraciyər yağlanması, diabet, alzaymer kimi xəstəliklər, hamiləlikdə düşüklərə, süd və bağırsaq xərçənginə səbəb ola biləcəyi ilə bağlı elmi araşdırmalar var".
A.Tanoğlu bildirib ki, zərərlərinin bilinməsinə baxmayaraq hələ də, bu yağlardan istifadə edilməsinin əsas səbəbi qiymətinin ucuz olmasıdır:
Oxu24.com
ŞƏRHLƏR