Qaynar xətt:

(+99450) 247 90 86

Sahil Babayevdən pensiya açıqlaması — Beş illik plan hazırlanır

2019-05/1559314975_sa.jpg

CƏMİYYƏT

646

31.05.2019, 19:02

\"\" Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq. \"Oxu24.com un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır: “Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq”.