Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
20 Oktyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
527
21.07.2025, 10:09
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) birgə məlumat yayb.
Bildirilib ki, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə DTX və XRİTDX-nin aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.
Məlumata görə, Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.
Komissiya həmçinin görülən işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.