Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

2019-05/1558776709_yagisli-hava.jpg

CƏMİYYƏT

1093

25.05.2019, 13:31

\"\"  Mayın 26-da Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Oxu24.com-a  verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz  24-26° isti təşkil edəcək. Günün xəbəri: Erməni nazirə Rusiyadan zəng gəldi,qorxudan ürəyi getdi-KURYOZ OLAY Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.   Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20°  isti təşkil edəcək.