Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13686
az

Sürücülük etibarnaməsi ilə bağlı - YENİLİK

22:1124 May, 2019
1042
  • A
Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

Oxu24.com xəbər verir ki, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq istifadəçilər “myGov” portalında olan “Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.
“Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və “davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, – deyə F. Cəfərov qeyd edib.

Mərkəzin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin “Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq artıq tavaya yapışmayacaq - illərdir gizlədilən sirr
Damarlardan xolesterini təmizləmək üçün- nə içmək lazımdır?
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu