İki gün güclü külək əsəcək
19 Avqust 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1693
02.06.2025, 18:45
Rusiyada miqrantlara qarşı demək olar ki, hər gün yeni məhdudiyyətlər tətbiq olunur.
Bu dəfə Sankt-Peterburq şəhərində yerli hakimiyyət orqanları miqrantların kuryer və taksi sürücüsü kimi işləməsinə qadağa qoyulmasını nəzərdə tutan qərar layihəsi təqdim edib.
Sözügedən qadağa iyul ayından qüvvəyə minə bilər. Qərarın 2025-ci ilin sonuna qədər davam etməsi gözlənilir. Daha sonra uzadılması da mümkündür. Qadağa əmək patenti əsasında işləyən xarici vətəndaşlara şamil olunacaq. Məhdudiyyət Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarına şamil olunmayacaq, çünki bu ölkələrin vətəndaşları üçün patent tələb olunmur. Bu isə o deməkdir ki, yeni məhdudiyyətlər Azərbaycan, Tacikistan, Özbəkistan, Türkmənistan və Gürcüstan vətəndaşlarını əhatə edəcək.
Rusiyalı iqtisadçı Nikolay Kulbaka bildirib ki, bu tədbirlərin ilk və ən aydın nəticəsi taksi və kuryer xidmətlərinin qiymətlərindəki artım olacaq:
“Rusiyada hazırda işsizlik səviyyəsi təxminən 2–3 faiz təşkil edir. Bu isə iqtisadiyyatın normal fəaliyyəti üçün lazım olan səviyyədən xeyli aşağıdır. ‘Təbii işsizlik səviyyəsi’ iqtisadiyyatda 3,5–4,5 faiz kimi qəbul olunur. Yəni işçi qüvvəsi çatışmazlığı kəskin şəkildə hiss olunur. Əlbəttə, bu, regionlara və sahələrə görə dəyişir. Məsələn, taksi sektorunda miqrantların payı 70–80 faizdir. Bu səbəbdən onların sayının azalması bazarda təklifin azalmasına, nəticədə isə qiymət artımına səbəb olacaq. Biz taksi və oxşar xidmətlərin qiymətinin artdığını görəcəyik. Bu, qarşıda duran bir problemdir.”
Rusiyada miqrantlara iş icazələrinin – yəni əmək patentlərinin verilməsi regional hakimiyyətlərin səlahiyyətindədir. Son bir il ərzində ölkənin bir çox bölgəsində bu patentlərin verilməsi qaydaları sərtləşdirilib. Bəzi regionlarda miqrantlara ictimai iaşə, ictimai nəqliyyat və taksi sahələrində işləmək qadağan olunub.
Xüsusilə Cənub regionlarında, Avrasiya İqtisadi İttifaqına daxil olmayan keçmiş sovet respublikalarından olan miqrantlara, o cümlədən azərbaycanlılara demək olar ki, bütün sahələrdə işləmək qadağandır. Yalnız tikinti sektorunda müəyyən imkanlar qalır.
Bu məhdudiyyətlərlə paralel olaraq, Rusiya hüquq-mühafizə orqanları miqrantlara nəzarəti gücləndirir. Kampaniyanın əsas təşəbbüskarlarından biri İstintaq Komitəsinin sədri, general Aleksandr Bastrıkindir.
Mənbələrin məlumatına görə, Bastrıkin miqrantların iştirak etdiyi hüquq pozuntuları, hətta ən xırda məişət hadisələrini belə şəxsi nəzarətə götürür. Son vaxtlar o, küçələrdə meyvə-tərəvəz satışı hallarını da nəzarətə götürüb.
Məsələn, sosial şəbəkələrdə Orlov vilayətində azərbaycanlıların məktəb yaxınlığında meyvə-tərəvəz satdığı barədə məlumat yayıldıqdan sonra Bastrıkin yerli idarəyə göstəriş verib ki, araşdırma aparılsın və nəticələr barədə şəxsən ona məlumat verilsin.
Bunun ardınca İvanovo vilayətindən daha bir şikayət daxil olub – sakinlər bildiriblər ki, miqrantlar ticarət mərkəzinin yanında kənd təsərrüfatı məhsulları və təsərrüfat mallarını icazəsiz satırlar. Bastrıkin bu məsələ üzrə də yerli istintaq idarəsinə təcili araşdırma aparılması və müvafiq tədbirlər görülməsi göstərişini verib.(bakupost)
16:38 / 19 Avqust 2026
1
16:19 / 19 Avqust 2026
28
15:59 / 19 Avqust 2026
49
15:56 / 19 Avqust 2026
40
15:54 / 19 Avqust 2026
61
15:45 / 19 Avqust 2026
58
15:36 / 19 Avqust 2026
70
15:30 / 19 Avqust 2026
61
15:11 / 19 Avqust 2026
67
15:10 / 19 Avqust 2026
63
14:50 / 19 Avqust 2026
60
14:49 / 19 Avqust 2026
70
14:44 / 19 Avqust 2026
82
14:30 / 19 Avqust 2026
77
14:24 / 19 Avqust 2026
65
14:18 / 19 Avqust 2026
180
14:15 / 19 Avqust 2026
72
14:05 / 19 Avqust 2026
54
13:59 / 19 Avqust 2026
70
13:45 / 19 Avqust 2026
65
13:37 / 19 Avqust 2026
68
13:30 / 19 Avqust 2026
58
13:10 / 19 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.