İki gün güclü külək əsəcək
19 Avqust 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
02.06.2025, 12:19
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Oxu24.com xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”, - məlumatda vurğulanıb
16:49 / 19 Avqust 2026
4
16:38 / 19 Avqust 2026
30
16:19 / 19 Avqust 2026
37
15:59 / 19 Avqust 2026
57
15:56 / 19 Avqust 2026
44
15:54 / 19 Avqust 2026
67
15:45 / 19 Avqust 2026
61
15:36 / 19 Avqust 2026
73
15:30 / 19 Avqust 2026
65
15:11 / 19 Avqust 2026
72
15:10 / 19 Avqust 2026
66
14:50 / 19 Avqust 2026
61
14:49 / 19 Avqust 2026
73
14:44 / 19 Avqust 2026
82
14:30 / 19 Avqust 2026
77
14:24 / 19 Avqust 2026
65
14:18 / 19 Avqust 2026
197
14:15 / 19 Avqust 2026
73
14:05 / 19 Avqust 2026
54
13:59 / 19 Avqust 2026
71
13:45 / 19 Avqust 2026
65
13:37 / 19 Avqust 2026
68
13:30 / 19 Avqust 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.