Milli Məclis gələn il üçün xərclər smetasını qəbul edib
18 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
433
01.06.2025, 08:19
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Oxu24.com xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
12:53 / 18 Noyabr 2026
1
12:51 / 18 Noyabr 2026
13
12:32 / 18 Noyabr 2026
295
12:28 / 18 Noyabr 2026
58
12:20 / 18 Noyabr 2026
66
12:15 / 18 Noyabr 2026
61
12:10 / 18 Noyabr 2026
94
12:03 / 18 Noyabr 2026
76
12:03 / 18 Noyabr 2026
389
11:49 / 18 Noyabr 2026
157
11:43 / 18 Noyabr 2026
84
11:39 / 18 Noyabr 2026
92
11:35 / 18 Noyabr 2026
97
11:32 / 18 Noyabr 2026
94
11:22 / 18 Noyabr 2026
505
11:19 / 18 Noyabr 2026
117
11:15 / 18 Noyabr 2026
94
11:13 / 18 Noyabr 2026
89
11:11 / 18 Noyabr 2026
718
11:08 / 18 Noyabr 2026
98
10:21 / 18 Noyabr 2026
113
10:18 / 18 Noyabr 2026
124
10:14 / 18 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.