Dənizdə batan şəxs KİMDİR? -VİDEO
18 Noyabr 2026, 14:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
814
26.05.2025, 17:38
26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Şuradan Oxu24.com-a verilən xəbərə görə, "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən"Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri "ARB" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
15:05 / 18 Noyabr 2026
10
15:02 / 18 Noyabr 2026
29
14:58 / 18 Noyabr 2026
41
14:52 / 18 Noyabr 2026
52
14:44 / 18 Noyabr 2026
224
14:33 / 18 Noyabr 2026
97
14:22 / 18 Noyabr 2026
81
14:18 / 18 Noyabr 2026
89
14:06 / 18 Noyabr 2026
85
13:56 / 18 Noyabr 2026
90
13:12 / 18 Noyabr 2026
99
12:55 / 18 Noyabr 2026
106
12:53 / 18 Noyabr 2026
139
12:51 / 18 Noyabr 2026
232
12:32 / 18 Noyabr 2026
1053
12:28 / 18 Noyabr 2026
119
12:20 / 18 Noyabr 2026
469
12:15 / 18 Noyabr 2026
133
12:10 / 18 Noyabr 2026
156
12:03 / 18 Noyabr 2026
102
12:03 / 18 Noyabr 2026
439
11:49 / 18 Noyabr 2026
251
11:43 / 18 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.