Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
26.05.2025, 15:07
“Qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır”.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır:
“Dünən imtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir.
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər”.
Həmçinin oxuyun
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir:
“Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur.
Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim olunur. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur”.
Qeyd edək ki, ötən gün II və III ixtisas qrupları üzrə qəbulun I cəhd imtahanları keçirilib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə əksəriyyət test tapşırıqlarının daha çətin olduğunu, tarix fənni üzrə sualların isə MİQ imtahanı səviyyəsində olduğunu bildiriblər.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.