Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
26.05.2025, 12:13
Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. Müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır.
Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı əldə etdiyini düşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını qeyd edirlər. Daha sonra isə həmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur ki, sosisl şəbəkələrdə qarşılaşılan reklamlara, səhifələrə olduqca diqqətli yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətin təsdiq edilmiş sosial şəbəkə hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeyd etmək lazımdır ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanı müştərilərdən qeydiyyat tələb edilmir. Belə ki, bu zaman kampaniya və ya lotereyanın şərtlərinə cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq iştirak şansı qazanırlar. https://kbl.az/kbcf
Saxta iş təklifləri: Bu zaman iş axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləmək vədi ilə saxta iş təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkin ödəniş tələb edilir. Bu, həm şəxsi məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaq məqsədi daşıyır. İlk əlaqəyə keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihə göndərilir. Dələduzlar həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazına gizli kodları özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəri olmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə qarşı diqqətli olmaq vacibdir.
Həmçinin oxuyun
Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi rəqəmsal dünyada da özünü qorumalıdır. Bunun üçün şəxsi məlumatları, kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməmək, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar öz niyətlərini həyata keçirmək üçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər. Odur ki, hər kəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri də məlumatlandırması olduqca vacibdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.