Qaynar xətt:

(+99450) 247 90 86

20 yaşlı gənc dəm qazından zəhərlənib

CƏMİYYƏT

190

25.05.2025, 23:25

Ağstafa rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Göycəli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.