Ermənistana 26 vaqon buğda göndərildi
19 Avqust 2026, 17:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3554
25.05.2025, 21:48
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.
2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.
Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşd. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.
Bəs, xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, cari ilin yanvar ayından etibarən pensiyaların məbləği artırılıb və ilin sonuna doğru bu sahədə əlavə qərarlar verilə bilər:
"Ümumiyyətlə, 2025-ci ildə bütün işləyən şəxslərin əməkhaqqısının artım faizi qədər 2026-cı ildə pensiyaçıların pensiyaları artacaq. Bunu qanunverciliyə salıblar və hər il avtomatik şəkildə bu davam edir.Bu o deməkdir ki, cari ildə maaşlar nə qədər artarsa, gələn il pensiyalar da məhz bu artım faizi ilə indeksasiya ediləcək. Hazırda əməkhaqqılarındakı artım tempinə əsasən, 2026-cı ildə pensiyalarda təxminən 10 faiz artım gözlənilir".
Ekspert qeyd edib ki, 2024-cü ilin sonunda ölkə başçısının imzaladığı fərman bu sahədə daha ciddi dəyişikliklərin də mümkün olduğunu göstərir. Xalid Kərimlinin sözlərinə görə, həmin fərmanla Nazirlər Kabinetinə 3 ay müddətində təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı təkliflər təqdim etmək tapşırılmışdı:
"Amma bu məsələdən artıq 3 aydan daha artıq zaman keçməsinə baxmayaraq, artım müşahidə olunmur. Bu yubanmaya səbəb neftin qiymətindəki azalma ola bilər. Neft gəlirləri dövlət büdcəsinin əsas mənbələrindən biri olduğu üçün, onun qiymətindəki dəyişikliklər birbaşa sosial siyasətə təsir göstərə bilir".
17:59 / 19 Avqust 2026
39
17:50 / 19 Avqust 2026
41
17:32 / 19 Avqust 2026
48
17:12 / 19 Avqust 2026
64
16:49 / 19 Avqust 2026
66
16:38 / 19 Avqust 2026
63
16:19 / 19 Avqust 2026
70
15:59 / 19 Avqust 2026
73
15:56 / 19 Avqust 2026
58
15:54 / 19 Avqust 2026
91
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
93
15:30 / 19 Avqust 2026
77
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
93
14:30 / 19 Avqust 2026
88
14:24 / 19 Avqust 2026
72
14:18 / 19 Avqust 2026
233
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.