Bakıda hündür mərtəbəli binalar: Həll yolu, yoxsa infrastruktur böhranı? — TƏHLİL
19 Avqust 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
446
24.05.2025, 19:39
Azərbaycanda ev kirayələmək və ya almaq istəyənlərin qarşılaşdığı əsas çətinliklərdən biri maklerlərlə bağlıdır. Çox zaman sahibkarlar istəməsə belə, maklerlər öz faizlərini artırmaq məqsədilə qiymətləri süni şəkildə şişirdirlər. Bu isə bazarda real dəyərdən yüksək qiymətlərin yaranmasına səbəb olur. Nəticədə həm alıcılar, həm də kirayəçilər üçün mənzil tapmaq çətinləşir.
Maklerlərin daşınmaz əmlak bazarında süni qiymət artımında rolu nə dərəcədə realdır?
Oxu24.com xəbər verir ki Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu sahədə çalışanlar mütləq biznesin təşkili, bazar araşdırmalarını, qiymətləndirməni bilməli və hüquqi bilgilərə sahib olmalıdırlar:
"Əvvəllər maklerlər daha çox alqı-satqılarda rol oynayırdı. Artıq tikinti şirkətlərinin də satış ofisləri var. Eyni zamanda, mənzil sahibləri bir çox elan saytları vasitəsilə əmlaklarını satmaq, yaxud kirayə vermək üçün müştəriyə birbaşa çıxışı təmin edirlər. Azərbaycanda bu sahədə çalışanların əksəriyyəti sənədləşmə qaydalarını bilmir, qiymətləndirmə ilə bağlı təcrübələri yoxdur. Ona görə də böyük bir kütlə həmin səhlənkarlığın qurbanı olur".
Ekspert bildirib ki, əmlak bazarında ümumi qiymət artımı təbii və süni formada olur:
"Əsas səbəb iqtisadi vəziyyət, daşınmaz əmlaka təlabat, torpaq sahələri və tikinti materiallarının qiymətinin artmasıdır. Gələcəkdə maklerlərin fəaliyyəti ilə bağlı rəsmi status olmalı, onlar mütləq sertifikasiyadan keçməli, peşəkarlıq titulu almalı, daha sonra çalışmalarına icazə verilməlidir. İndi qadağa olmadığına görə istənilən şəxs makler ola bilir. Prosesin rəsmi qaydada aparılması minlərlə insanın vergi ödəyicisi olmasına şərait yaradacaq və dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək".
19:27 / 19 Avqust 2026
16
17:59 / 19 Avqust 2026
69
17:50 / 19 Avqust 2026
71
17:32 / 19 Avqust 2026
81
17:12 / 19 Avqust 2026
85
16:49 / 19 Avqust 2026
80
16:38 / 19 Avqust 2026
69
16:19 / 19 Avqust 2026
86
15:59 / 19 Avqust 2026
82
15:56 / 19 Avqust 2026
63
15:54 / 19 Avqust 2026
107
15:45 / 19 Avqust 2026
82
15:36 / 19 Avqust 2026
101
15:30 / 19 Avqust 2026
82
15:11 / 19 Avqust 2026
95
15:10 / 19 Avqust 2026
80
14:50 / 19 Avqust 2026
79
14:49 / 19 Avqust 2026
89
14:44 / 19 Avqust 2026
109
14:30 / 19 Avqust 2026
100
14:24 / 19 Avqust 2026
80
14:18 / 19 Avqust 2026
273
14:15 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.