Qaynar xətt:

(+99450) 247 90 86

Buraxılış imtahanının nəticələri AÇIQLANDI 

Buraxılış imtahanının nəticələri AÇIQLANDI 

CƏMİYYƏT

368

24.05.2025, 09:41

Aprelin 13-də keçirilən 9-cu siniflərin buraxılış imtahanının nəticələri elan edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilən keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51 237 nəfərdən 337 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 28 may saat 10:00-dan 30 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.

----------------

2025.05.23

Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yoxlanmasının tamamlanacağını açıqlayıb.

 Bu barədə qurumun sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı məlumat verib.

O bildirib ki, nəticələrin gecikməsi bir neçə texniki səbəbdən irəli gəlib:

"Yeni proqram təminatının tətbiqi və esselərin qiymətləndirilməsi prosesi bir qədər vaxt apardı. Lakin bu günə qədər mənə verilən məlumata əsasən, yoxlama prosesi yekunlaşmalıdır", - deyə Abbaszadə vurğulayıb.

Nəticələrin yaxın saatlarda elan ediləcəyi gözlənilir. DİM-in rəsmi kanalları vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

Selen qəbul edərkən DİQQƏTLİ OLUN: Doza həddinin aşılması təhlükəli fəsadlara yol aça bilər  

15:45 / 19 Avqust 2026

TİBB TİBB

Selen qəbul edərkən DİQQƏTLİ OLUN: Doza həddinin aşılması təhlükəli fəsadlara yol aça bilər  

82

0
Kamilənin anasının meyiti tapıldı – Təfərrüat 

15:36 / 19 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kamilənin anasının meyiti tapıldı – Təfərrüat 

101

0
Bağırsaq xərçəngindən qorunmağın ən effektiv yolu: Mütəxəssis AÇIQLADI  

15:30 / 19 Avqust 2026

TİBB TİBB

Bağırsaq xərçəngindən qorunmağın ən effektiv yolu: Mütəxəssis AÇIQLADI  

82

0
Həftə sonunadək gözlənilən hava açıqlanıb 

15:11 / 19 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həftə sonunadək gözlənilən hava açıqlanıb 

95

0
Səhiyyədə skeptisizm təhlükəsi: Səthi müayinə və natamam müalicə xəstəliyi necə dərinləşdirir?  

15:10 / 19 Avqust 2026

TİBB TİBB

Səhiyyədə skeptisizm təhlükəsi: Səthi müayinə və natamam müalicə xəstəliyi necə dərinləşdirir?  

80

0
Dəmir çatışmazlığı nə üçün təkrarlanır? – Mütəxəssisdən vacib XƏBƏRDARLIQ  

14:50 / 19 Avqust 2026

TİBB TİBB

Dəmir çatışmazlığı nə üçün təkrarlanır? – Mütəxəssisdən vacib XƏBƏRDARLIQ  

79

0
Adil Kərimli onu Aparat rəhbəri təyin etdi - DOSYE 

14:49 / 19 Avqust 2026

SİYASƏT SİYASƏT

Adil Kərimli onu Aparat rəhbəri təyin etdi - DOSYE 

89

0
Baş nazirdən maaşlarla bağlı QƏRAR 

14:44 / 19 Avqust 2026

SİYASƏT SİYASƏT

Baş nazirdən maaşlarla bağlı QƏRAR 

109

0
Döyüş meydanında yeni ERA: PUA-lar və Elektron Müharibə sistemləri müharibələrin taleyini necə dəyişir?  

14:30 / 19 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Döyüş meydanında yeni ERA: PUA-lar və Elektron Müharibə sistemləri müharibələrin taleyini necə dəyişir?  

100

0
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi - Fotolar 

14:24 / 19 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi - Fotolar 

80

0
Ermənistanda konstitusiya İSLAHATI: Bakı ilə sülh sazişinin bağlanması üçün hüquqi maneələr aradan qalxırmı?  

14:18 / 19 Avqust 2026

SİYASƏT SİYASƏT

Ermənistanda konstitusiya İSLAHATI: Bakı ilə sülh sazişinin bağlanması üçün hüquqi maneələr aradan qalxırmı?  

273

0
Demoqrafik dəyişikliklər şəhərsalmanı necə transformasiya edir? — TƏHLİL  

14:15 / 19 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Demoqrafik dəyişikliklər şəhərsalmanı necə transformasiya edir? — TƏHLİL  

90

0