Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbli sürücünü çətin vəziyyətə saldı - VİDEO

Məktəbli sürücünü çətin vəziyyətə saldı - VİDEO

CƏMİYYƏT

677

23.05.2025, 20:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.

Oxu24.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl qeydə alınıb.

Avtobusun önündən qəfil çıxan piyada qaçaraq yolu keçib. Bu vaxt o, hərəkətdə olan avtomobilə çırpılmaqdan son anda yayınıb.

Kadrdan da göründüyü kimi, məktəbli yaxınlaşmaqda olan maşını görür, lakin hərəkətinə davam edərək həm özünü, həm də sürücünü təhlükəyə atır. Üstəlik, yaxınlıqda piyada keçidinin olmasına baxmayaraq o, yolu təyin olunmamış yerdən keçib.

Xoşbəxtlikdən sürücü piyadanı vaxtında görərək sağa manevr edib və baş verəcək qəzadan xilas olub.

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl Xətai rayonunda da baş vermişdi.