Qaynar xətt:

(+99450) 247 90 86

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb 

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb 

CƏMİYYƏT

319

23.05.2025, 20:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi Qərargahın bu gün Ağdam şəhərində keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.