Bakıda gecə 14 saatdan uzun olacaq
18 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1288
23.05.2025, 14:08
Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma ikinci mərhələdədir, ekspertlər toplanmış materialları öyrənirlər.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
"Ümumiyyətlə, istintaq bir neçə mərhələyə bölünür. Birinci mərhələdə müvafiq materialların toplanmasıdır. Bu mərhələ başa çatıb, ikinci mərhələ isə toplanmış materialların tədqiqidir. Hazırda araşdırma mərhələsindəyik", - deyə Qarabayev bildirib.
Bundan əvvəl Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat vermişdi ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlana bilməz.
"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. AZAL-a məxsus mülki sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat təhlükəsizlik qaydalarını pozma maddəsi ilə aparılır", - deyə idarədən bildirilib.
Miri
16:05 / 18 Noyabr 2026
1
16:00 / 18 Noyabr 2026
21
15:35 / 18 Noyabr 2026
60
15:32 / 18 Noyabr 2026
68
15:28 / 18 Noyabr 2026
64
15:22 / 18 Noyabr 2026
66
15:16 / 18 Noyabr 2026
94
15:12 / 18 Noyabr 2026
81
15:09 / 18 Noyabr 2026
105
15:05 / 18 Noyabr 2026
278
15:02 / 18 Noyabr 2026
95
14:58 / 18 Noyabr 2026
109
14:52 / 18 Noyabr 2026
93
14:44 / 18 Noyabr 2026
441
14:33 / 18 Noyabr 2026
136
14:22 / 18 Noyabr 2026
101
14:18 / 18 Noyabr 2026
110
14:06 / 18 Noyabr 2026
99
13:56 / 18 Noyabr 2026
102
13:12 / 18 Noyabr 2026
119
12:55 / 18 Noyabr 2026
135
12:53 / 18 Noyabr 2026
194
12:51 / 18 Noyabr 2026
299
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.