Bakıda hündür mərtəbəli binalar: Həll yolu, yoxsa infrastruktur böhranı? — TƏHLİL
19 Avqust 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
427
23.05.2025, 09:10
"Bu il ali məktəblərə keçid balı artıla bilər".
Oxu24.com xəbər verir ki Milli.Az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında artım var. Ona görə də rəqabət güclüdür.
Bəs hansı ixtisaslarda keçid balı yüksək ola bilər?
"Artım birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram mühəndisliyi, proqram təminat mühəndisliyi, süni intellekt ixtisası üzrə ixtisaslarda, ikinci qrupda maliyyə, logistika, iqtisadiyyat, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tərcümə erməni dili, ispan dili, tərcümə koreya, çin, yapon dili, dördüncü qrupda stomatologiya, psixologiya, biotexnologiya tədris ingilis dilində ixtisaslarında artım ola bilər. Beşinci qrupda isə dizayn, təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi ixtisaslarında 3-5 bal artım gözlənilir".
Ekspert qeyd edir ki, bəzi ixtisas üzrə ballar aşağı düşə bilər:
"Məsələn üçüncü ixtisas qrupunda regionşünaslıq, rus dili ixtisasları üzrə ballar azala bilər. Buna səbəb isə Qarabağ universitetində plan yerlərinin artırılmasıdır. Birinci ixtisas qrupunda aqrar yönümlü ixtisaslar, ikinci ixtisas qrupunda biznesin idarə edilməsi və turizm, üçüncü ixtisas qrupunda sosial iş, muzeylərlə bağlı, dördüncü qrupda isə bağçılıq və tərəvəzçilik, baytarlıq və ekologiya istiqamətində olan ixtisaslardır. Bu ixtisaslarda keçid balı 150 baldır. Ən aşağı göstəricilər bu ixtisaslarda qeydə alınacaq".
Qeyd edək ki, 2025-ci il universitetə qəbul prosesi təkcə bal yarışı deyil, həm də gələcəyin peşə xəritəsini çəkmək üçün fürsətdir.
19:50 / 19 Avqust 2026
23
19:27 / 19 Avqust 2026
47
17:59 / 19 Avqust 2026
73
17:50 / 19 Avqust 2026
74
17:32 / 19 Avqust 2026
85
17:12 / 19 Avqust 2026
89
16:49 / 19 Avqust 2026
84
16:38 / 19 Avqust 2026
72
16:19 / 19 Avqust 2026
90
15:59 / 19 Avqust 2026
84
15:56 / 19 Avqust 2026
66
15:54 / 19 Avqust 2026
110
15:45 / 19 Avqust 2026
85
15:36 / 19 Avqust 2026
106
15:30 / 19 Avqust 2026
84
15:11 / 19 Avqust 2026
98
15:10 / 19 Avqust 2026
82
14:50 / 19 Avqust 2026
83
14:49 / 19 Avqust 2026
91
14:44 / 19 Avqust 2026
111
14:30 / 19 Avqust 2026
105
14:24 / 19 Avqust 2026
84
14:18 / 19 Avqust 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.