Bakıda hündür mərtəbəli binalar: Həll yolu, yoxsa infrastruktur böhranı? — TƏHLİL
19 Avqust 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
22.05.2025, 18:45
Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə Birbank oldu.
8848 metr yüksəklikdə yerləşən Everest dağı Nepal və Çin sərhədində, Himalay dağ silsiləsində yerləşir. Bura qalxmaq coğrafi baxımdan ən çətin zirvələrindən biri sayılır. Ekstremal hava şəraiti, -40°C-yə qədər düşən temperatur, oksigen çatışmazlığı, güclü küləklər və yüksək risklər alpinistlər üçün bu səyahəti son dərəcə çətin və təhlükəli edir. Bu səbəbdən Everestə qalxmaq yalnız fiziki güc deyil, həm də yüksək iradə, psixoloji dayanıqlılıq və illərlə davam edən ciddi hazırlıq tələb edir.
“Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu məqsəd üçün çox ciddi hazırlaşırdım” – deyə Bakıya qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Vəfa Musayeva bildirib. “Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım”.
Vəfa Musayeva bildirib ki, bu zirvəyə aparan yolda Birbank-ın dəstəyi onun üçün xüsusi rol oynayıb: “Birbank komandası mənimlə hər gün əlaqə saxlayır, motivasiya verirdi. Mən onların dəstəyini daim hiss edirdim. Bu qədər inam və dəstək qarşısında mən də Azərbaycan üçün irəli getdim” – deyə alpinist vurğulayıb.
O, zirvəyə çatdığı anı isə belə xatırlayır: “Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar həqiqətən də müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağımızı səmaya qaldırdım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayrağımızla şəkil və qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım”.
Qeyd edək ki, Birbank bir çox istiqamətlərdə qadınların liderlik və təşəbbüskarlıq sahələrindəki inkişafını hər zaman dəstəkləyir və Vəfa Musayevanın bu uğurunu qadın gücünün, qətiyyətin və milli qürurun parlaq nümunəsi kimi qiymətləndirir.
19:50 / 19 Avqust 2026
42
19:27 / 19 Avqust 2026
53
17:59 / 19 Avqust 2026
77
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
88
17:12 / 19 Avqust 2026
92
16:49 / 19 Avqust 2026
86
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
92
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
112
14:30 / 19 Avqust 2026
106
14:24 / 19 Avqust 2026
85
14:18 / 19 Avqust 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.