Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1838
22.05.2025, 18:12
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.
Bu barədə Oxu24.com-a nazirlikdən bildirilib.
Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib. İİB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq.
M.Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.
Nazir vurğulayıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard dollar olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan "Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.
Həmçinin oxuyun
Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.
Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.
1973-cü ildə yaradılmış İİB-nin baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən İİB Qrupu Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə Bankın üzvüdür. Azərbaycan 1992-ci ildən Banka üzv olub.
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.