Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
02.05.2025, 11:31
"ChatGPT", "DeepSeek", "Gemini" və "Grok" kimi süni intellekt chatbotları son dövrlərin ən çox müzakirə olunan texnologiyaları arasında yer alır. İstifadəçilər bu alətlərin necə işlədiyini və niyə bu qədər ağıllı göründüyünü tez-tez soruşurlar. Əslində isə, bu sistemlərin arxasında insan beynini təqlid edən mürəkkəb, amma maraqlı bir proses dayanır.
Oxu24.com xəbər verir ki, hər şey 2016-cı ildə "Google" mühəndislərinin "Google Translate"i təkmilləşdirmək istəyilə başlayıb. Məqsəd maşınların sözləri tək-tək deyil, bütün cümlə kontekstində başa düşməsini təmin etmək idi. Çünki, məsələn, "işıq" sözü kontekstdən asılı olaraq fərqli mənalar verə bilər.
Süni intellektlər insan beynindən ilhamlanaraq işləyir. İnsan beyni 86 milyard neyron və bu neyronlar arasında trilyonlarla əlaqə ilə fəaliyyət göstərir. Biz hər dəfə yeni bir şey öyrəndikdə, bu əlaqələr dəyişir. Süni neyron şəbəkələri də eyni prinsipə əsaslanır - lakin rəqəmsal şəkildə.
Maşınlara bir sözün mənasını öyrətməyin yolu isə onu kontekstə yerləşdirməkdir. Yəni bir sözün ətrafındakı sözləri də nəzərə alaraq mənanı müəyyən etmək.
"Google" mühəndisləri bu problemi həll etmək üçün "diqqət" adlı bir mexanizm hazırladılar. Bu sistem maşının hansı sözlərin daha vacib olduğunu başa düşməsini təmin edir. Sonra isə bu texnologiyanın təməlində duran "transformer" modeli yaradıldı.
Buradan etibarən ChatGPT kimi modellər milyonlarla kitab, veb sayt, forum yazısı və sosial media paylaşımını "oxumaqla" öyrədilir. Onlar bu məlumatlardan hansı sözün hansı sözlə bir yerdə istifadə edildiyini öyrənirlər. Bu prosesi "dilin statistik öyrənilməsi" adlandırmaq olar.
Modelə natamam cümlə verilir və ondan növbəti sözü tapmaq tələb olunur. Doğru cavablar üçün mükafat, yanlış cavablar üçün isə "cəzalar" tətbiq edilir. Bu üsula möhkəmləndirmə öyrənməsi deyilir.
Sorğulara cavab necə yaranır?
Məsələn, siz "Mənə Barselona şəhərinin tarixi haqqında danış" sorğusu yazdıqda, model bu cümləyə hansı cavabın uyğun olduğunu əvvəlki öyrəndiklərinə əsaslanaraq təxmin edir. Cavabın ilk sözünü proqnozlaşdırır, sonra isə bir-bir ardıcıllıqla növbəti sözləri əlavə edərək cavabı tam formalaşdırır.
Bu texnologiyalardan çıxarılası bir neçə əsas nəticə var:
"ChatGPT" şüurlu deyil. Onun nə mənlik hissi, nə düşüncə qabiliyyəti, nə də niyyəti var. Yəni qorxmağa ehtiyac yoxdur - o, robot inqilabına başçılıq etməyəcək.
"ChatGPT hesablama aparmır. O, məsələn, 2+2=4 cavabını ona görə verir ki, bu ifadəni çox yerdə belə görüb. Əgər ona tamamilə yeni və mürəkkəb bir prosedur təqdim etsəniz, çaşqın cavablar verə bilər.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.