Pensiyalar verildi
13 Avqust 2025, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86Vətəndaş nələri sığorta etdirə bilər? — Ekspert mühüm məqamları açıqladı
CƏMİYYƏT
3841
17.04.2025, 18:42
Dağətəyi ərazilərdə, aktiv seysmik zonalarda olan tikililərin sığortalanması sığorta şirkətlərinin marağında deyil - Şahin İsmayılov.
Aprelin 16-da ölkə ərazisində baş verən intensiv yağışlar və müşahidə olunan sel hadisələri bir daha təbiətin nə qədər gözlənilməz və dağıdıcı ola biləcəyini göstərdi. Xüsusilə paytaxt və ətraf ərazilərdə yağıntıların intensivliyi bir çox küçə və yaşayış məntəqələrində subasmalarına səbəb oldu. Regionlarda isə çayların məcrasından çıxması bir sıra təsərrüfat sahələrinə və evlərə ciddi zərər vurdu.
Bu hadisələr əyani şəkildə sübut etdi ki, təbiətə nəzarət etmək mümkün olmasa da, onun yaratmış olduğu bir çox fəsadlara hazır olmaq mümkündür. Bu isə yalnız, sığorta mexanizmləri ilə mümkündür. Biz bu halda dəymiş ziyanın ağırlığını azalda bilərik.
Eyni zamanda, belə məqamlarda bu suallar da yaranır.
Azərbaycanda təbii fəlakətlərə qarşı sığorta mexanizmi yetərlidirmi, zərər baş verdikdə, kompensasiya hansı əsaslarla və neçə müddətdə ödənilir? Sığortalının hüquqları nələrdir?
Oxu24.com -un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq sığorta eksperti Şahin İsmayılov ilə həmsöhbət olub.Həmin müsahibəni təqdim edirik:
--Şahin bəy, bilirir ki, dünənki leysan və sel nəticəsində hələlik bizə məlum olmayan sayda ev və təsərrüfat sahələri zərər gördü. Belə hallarda sığortasız vətəndaşla sığortalı vətəndaş arasında fərq konkret nədə hiss olunur?
- Dünən bütün ölkə ərazisini əhatə edən güclü yağış və tufan öz miqyasına görə, son illərin ən dəhşətli təbii fəlakətidir. Daxil olan məlumatlara əsasən yol təsərrüfatına, kənd təsərrüfatı sahələrinə,vətəndaşların daşınar və daşınmaz əmlaklarına, həmçinin iş yerlərinə böyük məbləğdə ziyan dəyib.
Çox təəsüf ki, insanlarımız arasında həyatlarını itirənlər var. Bu kimi təbii fəlakətlər hər il ən azından bir-iki dəfə baş verir və hər dəfə də vətəndaşlar itkilərlə üzləşilər. Təbii fəlakətlərdən qorunmaq və vurula biləcək ziyanın qarşısını almaq mümkün deyil. İnsan təbiət qarşısında acizdir. Ancaq dəyəcək maddi ziyanın qarşısını almaq mümkündür.
Hər bir vətəndaş öz əmlakını,həyatını sığortalamaq imkanına malikdir və bundan istifadə etməlidir. Sığortalı vətəndaş dəymiş ziyanı tam yaxud, qismən bərpa etmək şansını əldə edir. Təəsüf ki, bunu sığortasız vətəndaş barədə demək mümkün deyil. Belə vətəndaşlar öz problemləri ilə baş-başa qalırlar.
- Azərbaycanda təbii fəlakətlərə qarşı sığorta mexanizmi yetərlidir, yoxsa, sistemdə hələ də boşluqlar var? Təbii fəlakətlərə qarşı mövcud sığorta növləri konkret olaraq nələri əhatə edir?
Həmçinin oxuyun
- Azərbaycanda təbii fəlakətlərə qarşı bir çox sığorta məhsulları mövcuddur. Daşınar və daşınmaz əmlak sığortası,sahibkarlara məxsus əmlakların icbari sığortası, kənd təsərrüfatında əkin yerlərinin və mal-qaranın sığortası bu gün əlçatandır. Təəsüf hissi ilə qeyd edə bilərəm ki, bu qədər imkanların olmasına baxmayaraq, vətəndaşların sığorta şirkətlərinə müraciətləri qənaətbəxş deyil. Bunun da bir çox səbəbləri var. Ən əsas təbliğatın zəif olması, insanların əksər sığorta məhsullarından xəbərsiz olması və müəyyən qədər də sığorta şirkətlərinə olan etimadsızlıqdan irəli gəlir. Təbliğat işlərinin genişləndirilməsinə, daha çox vətəndaşın sığortaya cəlb olunmasına ehtiyac var. Bu işdə mətbuatın da gücündən istifadə etmək lazımdır.
- Zərər baş verdikdə kompensasiya hansı əsaslarla və neçə müddətdə ödənilir? Sığortalının hüquqları nələrdir?
- Sığorta işində ən vacib məsələ hadisə baş verdikdən sonra, zərərin hesablanması və kompensasiya verilməsi məsələsidir. Bu proses bəzən uzun müddət aparır və vətəndaşlarda narazılıqlara səbəb olur. Məsələ ondadır ki, hər bir hadisə ciddi araşdırılır, hadisənin baş vermə səbəbi, dəymiş ziyanın hesablanması, sığorta fırıldaqçılığının olub-olmaması müəyyən vaxt aparır. Ödəniş bütün sənədlər toplanıb, sığorta şirkətinə təqdim edildikdən sonra, yeddi iş günü müddətində həyata keçirilməlidir. Bəzən vətəndaş tərəfindən sənədlərin təqdim olunmasında da ləngimələr olur və əsassız narazılıqlar yaranır. Amma istənilən halda vətəndaş kompensasiya alır.
- Regionlarda – məsələn, dağlıq və sel riski olan ərazilərdə sığortanın tətbiqində hansı çətinliklər var? Həmin ərazilərdə yaşayan insanlar nə qədər aktivdir?
-Bəzən ictimaiyyətdə belə fikir yaranır ki, sığorta şirkətləri dəymiş zərəri ödəmək istəmir. Bu tam yanlış fikirdir. Sığorta şirlətlərinin ödəniş etməmək şansı yoxdur. Sadəcə olaraq şirkətlərin təklif etdiyi məbləğ vətəndaşı qane etmir. Vətəndaş daha böyük məbləğə iddialı olur. Burda kimin haqlı, kimin haqsız olduğu araşdırma predmetinə çevrilir və ödənişlərdə ləngimə baş verir. Vətəndaş narazı qaldığı halda məsələ məhkəmə müstəvisində həll olunur.
İcbari səğorta növləri qanunvericiliklə tənzimlənir və bu məhsullar üzrə sığorta şirkətləri vətəndaşların müraciətlərinə imtina verə bilməzlər. Ancaq müəyyən hallar var ki, bu halda şirkətlər əmlakın sığortasından imtina edə bilərlər. Dağətəyi ərazilərdə, sürüşmə zonalarında, aktiv seysmik zonalarda olan tikililərin sığortalanması sığorta şirkətlərinin marağında deyil. Həmçinin yarımçıq tikililər də sığortalanmır. Bu kimi yerlərdə əhalinin də aktivliyi şox aşağı səviyyədədir.
Yekun olaraq, onu qeyd etmək istəyirəm ki, ekoloji tarazlığın pozulması ilə baş verən təbii fəlakətlərin intensivliyini artırıb. İldən ilə də bu proseslər daha aqressiv və dağıdıcı xarakter alır. Belə vəziyyətdə hər bir vətəndaş öz əmlakının və həyatının sığortalanmasında maraqlı olmalı və bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Dəyə biləcək zərərlərin qarşısının alınması üçün, bundan başqa yol yoxdur.
--Şahin bəy, ayırdığınız zaman üçün, təşəkkür edirəm.
--Mən təşəkkür edirəm.
Müsahibəni apardı: Pərvin Şakirqızı
12:40 / 13 Avqust 2025
Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)
1
12:34 / 13 Avqust 2025
Balıkəsirdə zəlzələdə uçan binanın sahibi həbs edilib
8
12:28 / 13 Avqust 2025
Tramp-Putin görüşündə əlavə kim olacaq?
49
12:27 / 13 Avqust 2025
Evdən 6 min manat oğurlanıb
19
12:11 / 13 Avqust 2025
Peyk görüntüləri YAYILDI - Putinin iqamətgahı BELƏ QORUNUR
180
12:07 / 13 Avqust 2025
Pensiyalar verildi
19
11:46 / 13 Avqust 2025
Filippo: Tramp Putinlə görüşdən əvvəl AB-nin Ukrayna ilə bağlı planını məhv etdi
28
11:40 / 13 Avqust 2025
Sentyabr ayında bu bürclər varlanacaq
254
11:37 / 13 Avqust 2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
32
11:35 / 13 Avqust 2025
Çin Aİ-nin sanksiyalarına cavab verib
31
11:31 / 13 Avqust 2025
ABŞ Rusiyaya hava şarı göndərdi
32
11:28 / 13 Avqust 2025
Putinlə görüş ərəfəsində Trampın Rusiya üzrə mütəxəssisi yoxdur
35
11:20 / 13 Avqust 2025
Cavanşir Məmmədovla bağlı maraqlı XATİRƏ
109
11:16 / 13 Avqust 2025
Rusiyanın pulları Ukraynaya verilə bilər
35
11:10 / 13 Avqust 2025
Zelenski bu ölkəyə gedir
29
11:01 / 13 Avqust 2025
Şəhid Adil Əfəndiyevin doğum günüdür
216
10:53 / 13 Avqust 2025
Elmar Məmmədyarov Azərbaycanın Ermənistandakı səfiri olacaq? - Özü açıqladı
220
10:36 / 13 Avqust 2025
Ana doğuşdan sonra öldü
33
10:20 / 13 Avqust 2025
Əsrarəngiz meteor yağışından - Görüntülər
39
10:00 / 13 Avqust 2025
Kərbəla əvəzinə aldadıb Tiflisə apardılar - ŞİKAYƏT
292
10:00 / 13 Avqust 2025
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoydular - Video
47
09:56 / 13 Avqust 2025
Yoğun bağırsaq xərçənginin qarşısını alan qida: Gündə 5 ədəd
164
09:50 / 13 Avqust 2025
Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib?
45
09:42 / 13 Avqust 2025
Rublu olanlara VACİB XƏBƏR - YENİ MƏZƏNNƏ
332
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.