Meteohəssas insanlar üçün BUGÜNÜN HAVASI
23 Avqust 2026, 02:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
02.04.2025, 14:54
Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək.
Bu barədə Oxu24.com-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.
Lirid meteor seli bəzən gözlənilməz aktivlik artımı ilə müşahidəçiləri heyrətləndirir. Belə hallarda saatda 100 meteor müşahidə edilə bilər – bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb. Belə aktivlik artımlarını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir, lakin məhz bu qeyri-müəyyənlik Liridləri çox maraqlı müşahidə obyektinə çevirir. Meteor selini aktiv olduğu digər günlərdə də müşahidə etmək olar, lakin həmin günlərdə meteor sayı maksimumdan aşağı olacaq. Lirid meteoru ağ işıq saçır və saniyədə 49 km sürətlə hərəkət edir.
Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra – təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.