Meteohəssas insanlar üçün BUGÜNÜN HAVASI
23 Avqust 2026, 02:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5854
02.04.2025, 11:57
"Oğluma atasız qız almaram" deyən aparıcı Nigar Fərhadın illər öncəyə aid müsahibəsi ortaya çıxıb.
Oxu24.com xəbər verir ki, aparıcının sözügedən müsahibəsi görənləri təəccübləndirib.
Burada təəccübləndirici məqam Nigar Fərhadın qız anası olması və övladını atasız dünyaya gətirməsidir.
Müsahibədə bu barədə ətraflı danışan Nigar Fərhadın hazırda atasız qızları tənqid hədəfi olaraq seçməsi müzakirə doğurur.
Həmin müsahibəni təqdim edirik:
- Övladınızla münasibətiniz necədir? Bildiyim qədər, sizinlə birlikdə qalmır.
- Zəhra dünyaya gəldiyi an mənim heç nəyim yox idi. Ümumiyyətlə, müəyyən bir aya qədər mən Zəhranı gözlədiyimi bilmirdim. Biləndə isə oturub anamla danışdım. Hazırda anamı anası kimi sevir və ona elə bağlıdır. Mən onun, anamın, bacımın yaxşı yaşamasını istədim və bu istəyi mən heç bir kişidən istəmədim. Halbuki azad bir ölkədə, Amerikada yaşayırdım. Kim nə bilərdi ki, mən orada nə edirəm?
Amma bu gün mən efirlərdə açıq şəkildə deyirəm ki, bu dünyada elə bir kişi olmayıb, Allah elə bir kişini dünyaya göndərməyib mən onun varına görə adıma ləkə gətirim. Allahıma şükür edirəm ki, mən masa arxasında əyləşəndə məni necə hörmətlə qarşılayırlar, masada oturan 20 kişidən daha nüfuzlu bir statusa sahibəm. Hər şeyi zəhmətimlə etmişəm. Elə kişi yoxdur gəlib desin ki, mən Nigar üçün bir zəng etdim. Maddiyatı bir tərəfə qoyuram, bir zəngi belə deyə bilmızlər. Hər şey öz çabamdır.
- Amma sualımızdan qaçdınız... Hazırda qızınızla münasibətiniz necədir?
- Hazırda yaxşıdır. Biz rəfiqə kimiyik. Bir-birimizə hər şeyi danışırıq. Söhbətləşib şəxsi məsələlərimizi bölüşürük. Onun tez böyüməsindən qorxuram. Sözümü rəfiqə məsləhəti kimi qəbul edir. Ona sözümü keçirə bilmirəm. Gedib anama deyirəm ki, axı mənə xoş deyil, istəmirəm belə şey etsin və onlar öz aralarında danışırlar.
Qeyd edək ki, Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".
Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər. (yenisabah.az)
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.