Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq
19 Noyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
01.04.2025, 10:28
“E-Polis” tətbiqi ilə bağlı növbəti yenilik edilib, artıq dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür. Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər.
Oxu24.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
"Bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiz. Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər", məlumatda deyilir.
13:34 / 19 Noyabr 2026
1
13:28 / 19 Noyabr 2026
26
13:22 / 19 Noyabr 2026
35
13:15 / 19 Noyabr 2026
48
13:09 / 19 Noyabr 2026
74
12:56 / 19 Noyabr 2026
91
12:45 / 19 Noyabr 2026
62
12:41 / 19 Noyabr 2026
92
12:27 / 19 Noyabr 2026
63
12:13 / 19 Noyabr 2026
86
12:07 / 19 Noyabr 2026
90
11:57 / 19 Noyabr 2026
95
11:45 / 19 Noyabr 2026
97
11:30 / 19 Noyabr 2026
125
11:15 / 19 Noyabr 2026
100
11:10 / 19 Noyabr 2026
98
11:05 / 19 Noyabr 2026
106
11:00 / 19 Noyabr 2026
126
11:00 / 19 Noyabr 2026
119
10:55 / 19 Noyabr 2026
111
10:47 / 19 Noyabr 2026
121
10:32 / 19 Noyabr 2026
444
10:21 / 19 Noyabr 2026
331
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.