Pensiyaçılara ŞAD XƏBƏR
19 Noyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2737
26.02.2025, 10:15
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) rəsmisi bildirib ki, hazırda dünyada hər dəqiqə dörd qadına döş xərçəngi diaqnozu qoyulur və hər dəqiqə bir qadın bu xəstəlikdən həyatını itirir.
OXU24.COM xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan IARC-in son araşdırmasına görə, 2050-ci ilə qədər döş xərçəngi diaqnozu və ölüm hallarında ciddi artım gözlənilir. Təhlillər göstərir ki, qarşıdakı 25 il ərzində hər 20 qadından biri bu xəstəliklə üzləşə bilər.
Proqnozlara əsasən, 2050-ci ildə dünyada hər il 3,2 milyon yeni yoluxma və 1,1 milyon ölüm baş verəcək. Məsələn, Böyük Britaniyada illik diaqnoz halları 2022-ci ildəki 58,756-dan 71,006-ya yüksələcək, ölüm halları isə 12,122-dən 17,261-ə çatacaq.
Araşdırmalar sübut edir ki, döş xərçəngi hallarının dörddə birinə qədərinin qarşısını almaq mümkündür. Alkoqol istifadəsinin azaldılması, sağlam çəkinin qorunması və fiziki aktiv həyat tərzi bu riski əhəmiyyətli dərəcədə azalda bilər.
Xəstəliyin yayılma səviyyəsi regionlara görə dəyişir. IARC-in məlumatlarına görə, ən yüksək diaqnoz göstəriciləri Avstraliya, Yeni Zelandiya, Şimali Amerika və Şimali Avropada qeydə alınır. Buna qarşılıq, Asiya və Afrikada diaqnoz halları nisbətən azdır. Lakin ölüm göstəriciləri Melaneziya, Polineziya və Qərbi Afrikada daha yüksəkdir.
23:06 / 19 Noyabr 2026
28
23:05 / 19 Noyabr 2026
39
22:59 / 19 Noyabr 2026
48
22:47 / 19 Noyabr 2026
68
22:43 / 19 Noyabr 2026
210
22:35 / 19 Noyabr 2026
71
22:31 / 19 Noyabr 2026
63
22:14 / 19 Noyabr 2026
72
22:10 / 19 Noyabr 2026
96
22:03 / 19 Noyabr 2026
75
22:01 / 19 Noyabr 2026
76
21:51 / 19 Noyabr 2026
72
21:48 / 19 Noyabr 2026
157
21:45 / 19 Noyabr 2026
561
21:42 / 19 Noyabr 2026
75
21:29 / 19 Noyabr 2026
84
21:18 / 19 Noyabr 2026
383
21:13 / 19 Noyabr 2026
89
21:05 / 19 Noyabr 2026
120
21:00 / 19 Noyabr 2026
90
20:48 / 19 Noyabr 2026
99
20:45 / 19 Noyabr 2026
1
20:42 / 19 Noyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.