Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ
25 Avqust 2026, 10:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1161
25.02.2025, 14:28
2025-ci ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 faiz, Niderlanddan - 30,4 faiz, Qırğızıstandan - 27,2 faiz, Pakistandan - 25,6 faiz, ABŞ-dan - 23,7 faiz, Yəməndən - 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Türkmənistandan - 16,7 faiz, Qazaxıstandan - 15,5 faiz, Fransadan - 13,9 faiz, İtaliyadan - 11,7 faiz artıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,3 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiyaya, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
10:54 / 25 Avqust 2026
8
10:41 / 25 Avqust 2026
27
10:34 / 25 Avqust 2026
41
10:18 / 25 Avqust 2026
44
10:15 / 25 Avqust 2026
50
09:57 / 25 Avqust 2026
51
09:45 / 25 Avqust 2026
58
09:29 / 25 Avqust 2026
54
09:16 / 25 Avqust 2026
54
09:00 / 25 Avqust 2026
53
08:55 / 25 Avqust 2026
64
08:53 / 25 Avqust 2026
55
00:04 / 25 Avqust 2026
139
00:01 / 25 Avqust 2026
82
23:54 / 24 Avqust 2026
80
22:49 / 24 Avqust 2026
130
22:49 / 24 Avqust 2026
133
22:25 / 24 Avqust 2026
234
22:06 / 24 Avqust 2026
89
21:40 / 24 Avqust 2026
88
21:17 / 24 Avqust 2026
137
20:58 / 24 Avqust 2026
153
20:58 / 24 Avqust 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.