Bakı metrosu iş rejimini dəyişdirəcək
25 Avqust 2026, 11:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
25.02.2025, 09:00
Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
OXU24..COM -un məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında "əvvəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə" kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Qeyd edək ki, Od çərşənbəsi martın 4-də, Yel çərşənbəsi martın 11-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
11:31 / 25 Avqust 2026
8
11:31 / 25 Avqust 2026
13
11:30 / 25 Avqust 2026
20
11:26 / 25 Avqust 2026
25
11:17 / 25 Avqust 2026
114
11:13 / 25 Avqust 2026
42
11:03 / 25 Avqust 2026
36
10:54 / 25 Avqust 2026
53
10:41 / 25 Avqust 2026
45
10:34 / 25 Avqust 2026
61
10:18 / 25 Avqust 2026
56
10:15 / 25 Avqust 2026
69
09:57 / 25 Avqust 2026
59
09:45 / 25 Avqust 2026
69
09:29 / 25 Avqust 2026
62
09:16 / 25 Avqust 2026
61
09:00 / 25 Avqust 2026
60
08:55 / 25 Avqust 2026
71
08:53 / 25 Avqust 2026
62
00:04 / 25 Avqust 2026
141
00:01 / 25 Avqust 2026
83
23:54 / 24 Avqust 2026
81
22:49 / 24 Avqust 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.