Tofiq Bakıxanov dəfn olundu
25 Avqust 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1135
22.02.2025, 10:40
Xərçəngin meydana gəlməsində genetik amillərlə yanaşı, həyat tərzi və ətraf mühit faktorları mühüm rol oynayır.
OXU24.COM xəbər verir ki, buna görə də xərçənglə mübarizə aparan qidaları istehlak etmək və kanserogen təsirə malik qidalardan uzaq durmaq bu təhlükəli xəstəliyin qarşısını almaqda vacibdir. Bəzi qidaların elmi cəhətdən xərçəng riski ilə əlaqəli olduğu sübut edildiyi halda, bəziləri isə xərçəngə qarşı qoruyucu xüsusiyyətləri ilə tanınır.
Emal olunmuş ət məhsulları (kolbasa, sosis, hisə verilmiş ət), şəkər və yüksək fruktozalı qarğıdalı siropu tərkibli qidalar, qızardılmış və yüksək temperaturda bişirilmiş yeməklər, süni rəngləndiricilər və konservantlar əlavə olunmuş məhsullar, trans yağlar və hidrogenləşdirilmiş yağlar xərçəng yaradır.
Xərçəngdən qoruyan qidalar
Kələm, brokoli, gül kələminin xərçəngi önlədiyi sübut olunub. Onlar güclü xərçəng əleyhinə xüsusiyyətlərə malik sülforafan kimi bioloji aktiv molekullarla parçalanan qlükosinolatlar baxımından zəngindir.
Narın tərkibindəki ellag turşusu xüsusilə süd vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növünün qarşısını almağa və müalicəsinə kömək etməyə faydalıdır. Bu turşu xərçəngə səbəb olan molekullara yapışaraq onları təsirsiz hala gətirir.
Badam, quru üzüm, moruq, çiyələk, böyürtkən kimi qidalar güclü antioksidant və resveratrol baxımından olduqca zəngindir. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT zədələnməsinin qarşısını alır və xərçəng inkişafını ləngidə bilər.
Buğda cövhəri (səməni ) xərçəng kimi ölümcül xəstəliklərin müalicəsində mühüm rol oynayır. Yüksək miqdarda xlorofil ehtiva edərək 17 dəyərli amin turşusu ilə orqanizmin güclü müdafiə mexanizmini təmin edir. Bundan əlavə, kimyaterapiya və radioterapiyanın əks təsirlərini azaltmağa kömək edir.
13:55 / 25 Avqust 2026
33
13:47 / 25 Avqust 2026
34
13:30 / 25 Avqust 2026
48
13:15 / 25 Avqust 2026
57
12:59 / 25 Avqust 2026
69
12:40 / 25 Avqust 2026
68
12:30 / 25 Avqust 2026
230
12:25 / 25 Avqust 2026
76
12:24 / 25 Avqust 2026
72
12:15 / 25 Avqust 2026
72
12:07 / 25 Avqust 2026
392
12:03 / 25 Avqust 2026
56
11:52 / 25 Avqust 2026
92
11:31 / 25 Avqust 2026
72
11:31 / 25 Avqust 2026
324
11:30 / 25 Avqust 2026
72
11:26 / 25 Avqust 2026
72
11:17 / 25 Avqust 2026
323
11:13 / 25 Avqust 2026
69
11:03 / 25 Avqust 2026
63
10:54 / 25 Avqust 2026
72
10:41 / 25 Avqust 2026
65
10:34 / 25 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.