Niyə gəminin altında sink parçaları var?
25 Avqust 2026, 14:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2605
21.02.2025, 13:33
Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.
Müəyyən edilib ki, Nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır.
15:15 / 25 Avqust 2026
4
14:59 / 25 Avqust 2026
17
14:40 / 25 Avqust 2026
49
14:32 / 25 Avqust 2026
52
14:25 / 25 Avqust 2026
54
14:16 / 25 Avqust 2026
53
14:10 / 25 Avqust 2026
64
13:55 / 25 Avqust 2026
65
13:47 / 25 Avqust 2026
63
13:30 / 25 Avqust 2026
69
13:15 / 25 Avqust 2026
83
12:59 / 25 Avqust 2026
86
12:40 / 25 Avqust 2026
82
12:30 / 25 Avqust 2026
288
12:25 / 25 Avqust 2026
87
12:24 / 25 Avqust 2026
80
12:15 / 25 Avqust 2026
80
12:07 / 25 Avqust 2026
456
12:03 / 25 Avqust 2026
63
11:52 / 25 Avqust 2026
100
11:31 / 25 Avqust 2026
78
11:31 / 25 Avqust 2026
359
11:30 / 25 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.