Azərbaycan-Özbəkistan təhsil əməkdaşlığında YENİ MƏRHƏLƏ: Nizami Gəncəvi adına universitetin yeni binası istifadəyə verilir
25 Avqust 2026, 17:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1188
19.02.2025, 20:17
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şaxtalı hava ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-dən bildirilib ki, müraciətdə deyilir:
"Sürücüləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır".
Vurğulanıb ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin ehtimala görə “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.
17:03 / 25 Avqust 2026
7
16:59 / 25 Avqust 2026
22
16:59 / 25 Avqust 2026
26
16:45 / 25 Avqust 2026
35
16:38 / 25 Avqust 2026
31
16:35 / 25 Avqust 2026
45
16:29 / 25 Avqust 2026
55
16:25 / 25 Avqust 2026
56
16:12 / 25 Avqust 2026
60
15:53 / 25 Avqust 2026
59
15:40 / 25 Avqust 2026
62
15:34 / 25 Avqust 2026
62
15:30 / 25 Avqust 2026
70
15:15 / 25 Avqust 2026
67
14:59 / 25 Avqust 2026
65
14:40 / 25 Avqust 2026
77
14:32 / 25 Avqust 2026
78
14:25 / 25 Avqust 2026
76
14:16 / 25 Avqust 2026
67
14:10 / 25 Avqust 2026
77
13:55 / 25 Avqust 2026
78
13:47 / 25 Avqust 2026
74
13:30 / 25 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.