Azərbaycanda məktəb illəri qısaldıla bilərmi?– 10 illik sistemə qayıdış nə dərəcədə realdır?
15 Aprel 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1384
18.02.2025, 11:03
Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək.
Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq.
Bu prosesin 2027-ci ildə yekunlaşacağını və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyini bildirilir.
Həmçinin oxu: İş saatları dəyişdi,yenilik nədir?
Həmçinin oxuyun
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir:
“Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.”
İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək.
Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.
11:33 / 15 Aprel 2026
12
11:30 / 15 Aprel 2026
13
11:23 / 15 Aprel 2026
25
11:13 / 15 Aprel 2026
315
11:09 / 15 Aprel 2026
30
11:07 / 15 Aprel 2026
38
11:05 / 15 Aprel 2026
65
10:53 / 15 Aprel 2026
143
10:43 / 15 Aprel 2026
157
10:41 / 15 Aprel 2026
35
10:38 / 15 Aprel 2026
52
10:11 / 15 Aprel 2026
40
10:05 / 15 Aprel 2026
59
10:04 / 15 Aprel 2026
160
10:00 / 15 Aprel 2026
93
09:40 / 15 Aprel 2026
58
09:37 / 15 Aprel 2026
57
09:24 / 15 Aprel 2026
55
09:16 / 15 Aprel 2026
47
09:10 / 15 Aprel 2026
59
09:03 / 15 Aprel 2026
405
09:01 / 15 Aprel 2026
62
08:56 / 15 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.