İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
19 İyul 2025, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
984
18.02.2025, 10:47
Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV yeddi yaşını qeyd edir.
Oxu24.com xəbər verir ki, 2018-ci il fevralın 18-də fəaliyyətə başlayan televiziya kanalı ötən 7 il ərzində dinamik inkişaf yolu keçib.
Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.
Baku TV rəngarəng, zəngin, maraqlı, operativ və dəqiq məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.
Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaş, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir.
Həmçinin oxuyun
Qısa müddətdə peşəkar komanda işi ilə geniş izləyici auditoriyası qazanan Baku TV rekord göstəriciləri və əldə etdiyi uğurlarla da möhtəşəm nəticələrə imza atıb. Belə ki, kanal 2024-cü ilin 12 ayı ərzində “YouTube” platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciyini qoruyub. Hazırda Baku TV-nin Azərbaycan və rusdilli “YouTube” səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır. Bundan əlavə, kanalın digər sosial media platformalarında - “Telegram”, “Instagram” və “Facebook” səhifələrində də geniş sayda izləyicisi var.
Baku TV beynəlxalq müsabiqələrdə qalib olmaqla öz uğurunu davam etdirib. Belə ki, 2024-cü ildə kanalın istehsal etdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition”nin qalibi olub. 2023-cü ilin 18-22 dekabr tarixində Baku TV 3 ISO beynəlxalq sertifikatını alıb. Kanal 2021-ci ildə NETTY tərəfindən “İlin internet və “YouTube” xəbər kanalı” adına layiq görülüb.
Baku TV öz peşəkar komandası ilə 44 günlük Vətən müharibəsi dövründə operativliyi, qaynar nöqtələrdən reportajları və hər saatbaşı canlı yayımları ilə izləyicilərinə dəqiq və dolğun məlumat çatdırıb. Kanal 2-ci Qarabağ müharibəsi zamanı informasiya müharibəsinin ilk sıralarda yer alıb və ermənilər və tərəfdaşlarının dezinformasiyalar yaydığını öz efirindən bütün dünyaya sübut edib.
Baku TV COP 29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı iki həftə ərzində müxtəlif dillərdə xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr alıb, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.
Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilməyi hədəfləyən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.
Oxu24.com kollektivi adından həmkarlarımızı təbrik edirik,onlara işlərində daim uğurlar arzu edirik.
23:59 / 19 İyul 2025
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
17
23:39 / 19 İyul 2025
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
83
23:20 / 19 İyul 2025
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu
81
23:13 / 19 İyul 2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
32
20:28 / 19 İyul 2025
İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq
116
18:19 / 19 İyul 2025
Dənizə belə girmək iflic edə bilər
154
17:53 / 19 İyul 2025
Zauru efirdə operatoru PƏRT ETDİ - VİDEO
138
17:00 / 19 İyul 2025
"Böyük razılaşmalar elan olunacaq"
146
14:11 / 19 İyul 2025
Azərbaycan nefti ucuzlaşdı
266
12:33 / 19 İyul 2025
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
249
12:20 / 19 İyul 2025
Prezident vacib SƏRƏNCAM imzaladı
311
12:01 / 19 İyul 2025
Rusiya Odessanı vurdu - Ölən var
234
11:35 / 19 İyul 2025
Kanalda qadın meyiti TAPILDI
165
10:00 / 19 İyul 2025
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
168
09:50 / 19 İyul 2025
Bu ölkədə teleqram bloklanacaq
172
09:39 / 19 İyul 2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəldilər
159
09:30 / 19 İyul 2025
Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi
174
09:20 / 19 İyul 2025
Ukraynada daha bir azərbaycanlı həlak oldu
171
09:11 / 19 İyul 2025
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
162
09:00 / 19 İyul 2025
Güclü yağış Ankarada həyatı iflic etdi - Video
159
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
395
23:42 / 18 İyul 2025
Antalyada zəlzələ oldu
393
22:35 / 18 İyul 2025
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
349
22:21 / 18 İyul 2025
Qazaxda Ukrayna vətəndaşı çayda batdı
344
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.